Tezliklə Skoda şirkətinin model çeşidində Kylaq adlı ən kiçik krossover peyda olacaq. O, xüsusi olaraq Hindistan bazarı üçün yaradılıb. Krossoverin adı sanskritndən tərcümədə “kristal” deməkdir: o, yayda ictimai səsvermə yolu ilə təklif edilən 10 variantın arasından seçilib. Skoda Kylaq, bütün Hindistan avtomobil bazarının 30 faizini təşkil edən və uzunluğu dörd metrdən az olan “imtiyazlı” avtomobil seqmentinə daxil olacaq.
Hələlik Kylaq yalnız firma kamuflyajında nümayiş etdirilib, lakin bəzi təfərrüatlar artıq məlumdur. 3995 millimetr uzunluğunda avtomobil 2021-ci ildən Hindistanda buraxılan daha böyük Skoda Kushaq krossoveri (uzunluğu - 4225 millimetr) ilə eyni MQB-A0-IN platformasında inşa edilib. Lakin yeniliyin təkər bazası 2651-dən 2566 millimetrə qədər azaldılıb. Bəyan edilən klirens 189 millimetrdir.
Kylaq ikimərtəbəli ön optikası ilə seçilən yeni Modern Solid korporativ üslubda hazırlanmış ilk yanacaqlı model olacaq: hələlik bu dizaynın yeganə daşıyıcısı Skoda Elroq elektromobilidir. Yeniliyin salonu hələlik nümayiş olunmayıb, lakin onun baza təchizatına altı təhlükəsizlik yastığının və ESP sisteminin daxil olduğu məlumdur - bu, Hindistan bazarının tələbidir. Bəyan edilən seçimlər arasında elektriklə tənzimlənən havalandırılan ön oturacaqlar da var.
Skoda Kylaq krossoverləri üçsilindrli 1.0 TSI turbomühərrik (115 at qüvvəsi, 178 Nm) və ön ötürmə ilə təklif ediləcək Transmissiyalar - mexaniki və hidrotransformatoru olan ənənəvi altı pilləli avtomatik ötürmələr qutularıdır. Yeni krossoverin tam ölçülü təqdimatı noyabrın 6-da baş tutmalı, satışlara isə, gələn ilin martına start verilməlidir. Kylaq modelinin baza versiyasının təxminən 850 min rupi (10 min dollar) olacağı gözlənilir. Xatırladaq ki, Hindistanda Kushaq modeli üçün ən azı 1,09 milyon rupi (13 min dollar) tələb olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.