Ötən ilin sonlarında smart brendi öz mikrokarlarının yeni nəsllərinin buraxacağını elan edərək, sadiq pərəstişkarlarını köklərinə qayıdacağı ilə ümidləndirib. Lakin bir çoxlarının səbirsizliklə gözlədiyi yeni model miniatür şəhər avtomobili deyil, təxminən beş metr uzunluğundakı smart #6 adlı liftbək olacaq. İlk dəfə yenilik haqqında məlumat 2025-ci ilin dekabr ayında peyda olub, indi isə, istehsalçı yeni modelinin interyerinin rəsmi şəkillərini və onun haqqında təfərrüatları paylaşıb.
Smart #6 liftbəkinin interyeri brendin müasir, firma dizaynına uyğun olaraq hazırlanıb. Sürücünün qarşısında alt hissəsi “kəsilmiş” üçqollu sükan çarxı, onun arxasında isə, cihazlar panelinin yuvarlaq küncləri olan kiçik displeyi yerləşir.
Sağda media sistemi və ön sərnişin üçün nəzərdə tutulmuş iki ekranı özündə birləşdirən tək blok var. Ön panelin hər iki tərəfində havalandırma sisteminin iki dairəvi deflektoru, onun altında isə, iki ensiz hava yönləndiricisi yerləşir. Fiziki idarəetmə elementləri minimum səviyyədə saxlanılıb, iki səviyyəli mərkəzi tuneldə isə, simsiz şarj paneli və stəkan tutacaqları yerləşir.
İnteryerin üç rəngdə tərtibat variantı mövcuddur: qəhvəyi Wilderness Brown, sarı Regency və qara Shadow. Oturacaqların dekorativ tikişli və dəlikli nappa dərisi ilə üzlənməsi opsiyadır. Qabaqcıl 256 rəngli kontur işıqlandırması da mövcuddur. 2000 vattlıq Sennheiser audio sistemi ön panelin yuxarı hissəsindəki dinamik də daxil olmaqla 20 dinamikə malikdir. Baqajın standart həcmi 525 litrdir.
Xatırladaq ki, smart #6 bu markanın ən böyük avtomobili olacaq: onun uzunluğu 4906, eni - 1922, hündürlüyü isə, 1508 millimetrdir. Təkər bazasının ölçüsü 2926 millimetrdir. Kapotun birləşməsindəki hava kanalı özünəməsus antiqanadı əmələ gətirir, arxada isə, irəli bilən spoyler yerləşir.
Ön şüşənin üstündə lidar, ön qanadlarda isə, kameralar quraşdırılıb ki, bu da qabaqcıl avtopilotun mövcudluğundan xəbər verir. Qapı tutacaqları irəli çıxandırlar, panoram şüşə isə, demək olar ki, damın bütün sahəsini tutur. Diametri 19 və ya 20 düym olan təkər diskləri təklif ediləcək.
Smart brendi 2019-cu ildə, Geely şirkətinin markanın səhmlərinin yarısını Daimler konsernindən almasınadan sonra, daxili yanma mühərriklərindən tamamilə imtina edib. Lakin bu ilin ortalarında şirkət smart #5 EHD hibrid krossoverini buraxacağını bəyan edib.
Eyni EHD nişanı #6 modelinin kuzovunda da var. Elektrik mühərriki ilə yanaşı, liftbəkin plagin hibrid qurğusunun tərtibinə 1,5-litrlik turbomühərrik (163 at qüvvəsi) və daxili yanma mühərrikini ön təkərlərə birləşdirən üç pilləli 3DHT transmissiya daxil olacaq.
Sistem ümumi gücü 435 at qüvvəsinə çatacaq. 1990 kiloqram ağırlığında olan liftbəkin maksimal sürəti 200 km/saatdır. İki dartma batareyası variantı mövcud olacaq: 20 və ya 41,46 kilovat/saat. Sonuncu ilə elektrik dartması ilə qət edilən məsafə 285, ümumi gediş məsafəsi isə, 1810 kilometr təşkil edəcək.
Smart #6 liftbəkinin tam ölçülü premyerası qarşıdan gələn Pekin Avtomobil Sərgisində baş tutacaq. Həmin vaxt böyük smart avtomobili haqqında bütün təfərrüatlar açıqlanacaq və çox güman ki, satış qiymətləri də elan olunacaqdır. Seriya avtomobilləri bu ilin ortalarına qədər Çindəki dilerlərə çatdırılmalıdırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









