Xatırladaq ki, Ram 1500 REV elektrik pikapı üzərindəki sirr pərdəsi 2023-cü ilin əvvəlində götürülüb, Ram 1500 Ramcharger ardıcıl hibridi isə, həmin ilin payızında işıq üzü görüb. Bununla belə, hər iki model hələ də istehsal xəttinə daxil olmayıb, onlar üçün hazırlanmış çərçivəli STLA Frame platforması isə, yalnız indi nümayiş etdirilib.
Bu, artıq Stellantis konserninin üçüncü elektrikləşdirilmiş arxitekturasıdır: bundan əvvəl daşıyıcı kuzov konstruksiyasına malik olan avtomobillər üçün STLA Medium və STLA Large platformaları təqdim edilib.
STLA Medium
Maraqlıdır ki, daxili yanma mühərrikləri olan çərçivəli avtomobillər üçün nəzərdə tutulmuş platforma da STLA Frame işarələnməsinə malikdir. Bununla belə, korporativ illüstrasiyalardan məlum olur ki, onun yeni elektrikləşdirilmiş platforma ilə unifikasiyası minimaldır: sonuncu tamamilə fərqli, daha geniş quraşdırılmış lonjeronlara, eləcə də başqa arxa asqıya malikdir.
Arabacıq təkər bazası 3143-dən 3690 millimetrə qədər olan avtomobillər üçün nəzərdə tutulub. Avtomobillərin uzunluğu 5488 ilə 5941 millimetr, eni isə, 2062 ilə 2124 millimetr arasında dəyişə bilər. Klirens 168 ilə 262 millimetr arasında dəyişir, təkərlərin maksimal xarici diametri isə, 33 düymdür.
STLA Large
Nəqliyyat vasitələrinin yükgötürmə qabiliyyəti 1224 kiloqrama, yedəyə aldıqları qoşqunun maksimal çəkisi isə, 6350 kiloqrama çata bilər. Nəhayət, qət edilən çay keçidinin dərinliyi 610 millimetrə çatır.
DC şarj cihazı isə, 350 kilovata qədər gücü dəstəkləyəcək. Ardıcıl hibridlər 1100 kilometr məsafə qət edə bilirlər, lakin onlar daha sadə 400 voltluq batareyalara malikdirlər və buna görə də maksimum doldurma gücü 175 kilovat ilə məhdudlaşır. Hər iki güc qurğusu xarici enerji istehlakçılarının avtomobilə qoşulmasını dəstəkləyir.
STLA Frame
Yeni çərçivəli arxitektura həm sırf elektromobilləri, həm də generator rolunu oynayan daxiliyanma mühərriki olan ardıcıl hibridləri yaratmağa imkan verir. Elektromobillər 800 voltluq elektrik sisteminə və 159 - 220 kilovat/saatlıq maye ilə soyudulan batareyalara malik olacaq. Onların yürüş məsafəsi 800 kilometrə çatacaq,
STLA Frame platforması üçün universal elektrik ötürməsi modulları yaradılıb ki, onlar da avtomobilləri tam ötürmə ilə təmin etmək üçün hər iki oxda quraşdırıla bilərlər. Belə bir elektrik mühərrikinin maksimum gücü 340 at qüvvəsi təşkil edir. Ən güclü elektromobillər 60 mil/saata (97 km/saat) 4,4 saniyəyə sürətlənə bilərlər.
STLA Frame
STLA Frame arxitekturası pnevmodayaqlar da daxil olmaqla müxtəlif asqı variantlarının quraşdırılmasını dəstəkləyir. Gələcəkdə hidrogen avtomobilləri də STLA Frame platformasında inşa ediləcəklər. Elektrikləşdirilmiş versiyalarda olan Ram pikapları 2025-ci ildə konveyerə çıxmalıdırlar. Sonra isə, eyni platformada Jeep brendi altında yeni çərçivəli ofrouderlər inşa ediləcəklər.
Stellantis konserni 2030-cu ilə qədər elektrikləşdirməyə 50 milyard avro sərmayə qoymağı planlaşdırır. Həmin zamana qədər şirkət Avropada tamamilə elektromobillərə keçməyə ümid edir. Elektromobillərin Şimali Amerikadakı istehsal payı 50 faizə çatmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.