Subaru şirkətinin model çeşdində artıq iki elektrik krossoveri var - Solterra və Trailseeker. Bu gün onlara üçüncü batareyalı model qoşulub. Yenilik Toyota ilə əməkdaşlıqda da yaradılıb və bu ilin yazında debüt etmiş Toyota C-HR+ modelinin üzü dəyişdirilmiş versiyasıdır. Məlum məsələdir ki, Subaru elektrokarı da e-TNGA platformasına əsaslanır.

4510 millimetrlik Subaru Uncharted qohum Toyota modelindən ön tərəfin dizaynı iləfərqlənir: faralar, bamper və bütün ön hava yönləndiricisi tamamilə fərqlidir və digər iki Subaru elektrokarı ilə eyni üslubda hazırlanıb. Arxa bamper də dəyişdirilib, lakin bütün kuzov panelləri və şüşələri Toyota C-HR+ modelindəki ilə eynidir. Təkər disklərinin diametri 18 və ya 20 düym ola bilər, pasport üzrə klirens 211 millimetrdir.

Subaru və Toyota elektrik krossoverlərinin interyeri də eynidir, yalnız sükan çarxındakı emblemlər və bəzi dekorativ həllər fərqlidir. 14-düymlük ekrana malik olan media sistemi artıq baza təchizatına daxildir, seçimlər arasında isə, ön oturacaqların havalandırılması, Harman Kardon audio sistemi (11 dinamikli) və panoram dam var. Baqajın həcmi Amerika EPA standartına görə 700 litrdən çoxdur.

Subaru Uncharted modelinin ilk nümayişi onun əsas satış bazarı olacaq Amerikada baş tutub. Bu bazarda krossover iki versiyada təklif ediləcək - ön ötürməli (224 at qüvvəli bir mühərrik) və ya tam ötürməli (ümumi gücü 343 at qüvvəsi olan iki mühərrik). Hər iki versiyada 74,7 kilovat/saatlıq litium-ion dartma batareyası var, bəyan edilmiş yürüş ehtiyatı müvafiq olaraq, 483 və 467 kilometrdir. Maraqlıdır ki, oxşar Toyota ABŞ-da yalnız ikimühərrikli top versiyada təklif edilir, baxmayaraq ki, standart tam ötürmə sistemi Subaru modellərinin əsas xüsusiyyətidir. Uncharted modelinin baza versiyası uzun illərdən sonra Amerikada təklif edilən ilk ön ötürməli Subaru olacaq!

Amerika bazarı üçün nəzərdə tutulmuş Subaru Uncharted modeli Tesla Supercharger doldurma stansiyalarının geniş şəbəkəsinə giriş imkanı verən NACS doldurma portu (150 kilovata qədər) ilə təchiz ediləcək. Batareyanın cərəyanını 10% -dən 80% -ə qədər doldurması yarım saat çəkməlidir. Tam ötürməli krossover 60 mil/saat (97 km/saat) həddini beş saniyəyə yığa biləcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Subaru Uncharted elektromobilləri ABŞ bazarına 2026-cı ilin əvvəlində çıxmalıdır. Lakin Avropa və digər regionlar da satışların başlanması planlaşdırılır. Üstəlik, qohum Toyota C-HR+ modeli diler salonlarında bir qədər tez - bu ilin sonunda peyda olmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.