Toyota Corolla modelinin Suzuki brendi altında buraxılan klonu debütündən 2,5 il sonra yenilənib. Söhbət Suzuki Swace modelindən gedir: bu, alternativsiz benzin-elektrik güc qurğusu ilə hərəkətə gələn və bir qədər dəyişdirilmiş dizaynı olan Corolla universalıdır. Restaylinq keçmiş universal yeni optikaya, media sistemə, cihazlar panelinə və yenidən sazlanmış elektrik mühərrikinə sahib olub. Suzuki şirkəti Avropada karbon qazı (CO2) emissiyası normalarının pozulmasına görə cərimə ödəməmək üçün, Toyota şirkətinin təkrar doldurulan hibridlərini satır.
Suzuki Swace orijinal Corolla modelindən sonra yenilənsə də, təkmilləşdirmələr tam həcmdə olmayıb: Suzuki ən qabaqcıl media sistemindən istifadə edə bilmir. Restaylinqin xarici əlamətləri yalnız top versiyada var: ən bahalı universal V-şəkilli gündüz hərəkət işıqları olan yeni fənərləri alıb.
Salondakı dəyişikliklər qrafikası dəyişdirilmiş 7,0-düymlük rəqəmsal cihazlar panelindən, multimedia sisteminin 8,0-düymlük sensorlu ekranından ibarətdir. Bir neçə şaybası və "qaynar" düymələri olan interfeys keçmişdə qalıb. Əsas texniki yenilik isə, fərqli elektrik mühərriki sayəsində hasilatı 122-dən 140 at qüvvəsinə qədər artırılmış hibrid güc aqreqatıdır. Bundan sonra universal yerindən 100 km/saat həddinə 9,4 saniyəyə sürətlənəcəkdir - bu, əvvəlkindən 1,7 saniyə yeyindir.
Hollandiyada Suzuki Swace plagin hibridlərinin qiymətləri 35,8 min avrodan başlayır. Sələfi ilə müqayisədə Suzuki universalı 3,5 min avro və ya 10% bahalaşıb. Oxşar form-faktora və texnologiyaya malik olan Toyota Corolla Sports Tourer modeli isə 32,5 min avroya başa gələcək, lakin bəzi opsiyalardan məhrum ediləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.