Suzuki şirkəti Baleno hetçbekinin platformasında inşa olunmuş yeni Fronx krossoverini nümayiş etdirib. Krossover orijinal görünüşə, iki aqreqatın daxil olduğu mühərrik çeşidinə və zəngin təchizata malikdir. Top versiyanın təchizatına proyeksiya displeyi, gadcetlərin simsiz doldurması sistemi və LED fənərlər daxildir. Fronx krossoverinin Hindistan bazarındakı satışlarına gələn ilin yazında başlayacaqdır. Yeni krossover Afrika və Latın Amerikasına da ixrac ediləcəkdir.

Suzuki şirkəti Fronx modelini parlaq görünüşlü kupeşəkilli krossover kimi təsvir edir. Bu, şirkətin Yeni Dehlidə keçirilən “Auto Expo” sərgisində təqdim edilən üçüncü yeniliyidir və o, Afrika və Latın Amerikasına da ixrac olunacaqdır. Əslində, qarşımızda fərqli kuzovu olan Baleno hetçbeki durur. Arxa tiri və baraban əyləcləri olan Heartect platforması eyni qalır, lakin mühərrik çeşidi fərqlidir.

Baza aqreqatı K seriyasından olan start-stop sistemi ilə təchiz edilmiş 1,2-litrlik (90 at qüvvəsi, 113 Nm) atmosfer mühərrikidir. Güc qurğusu beşpilləli mexaniki və robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Bundan başqa, mühərrik çeşidinə inteqrasiya edilmiş starter-generatoru olan 1,0-litrlik Boosterjet (100 at qüvvəsi, 146 Nm) turbomühərriki də daxildir. Startyor-generator işıqfordan hərəkət başlayan zaman mühərriki işə salır, əyləcləmə zamanı enerjini bərpa edir və sürətlənmə zamanı kömək edir. Transmissia - beş pilləli mexaniki və ya altı pilləli avtomatik ötürmələr qutusudur. Ötürmə - ön oxadır.

Fronx Sigma baza versiyası projektor tipli halogen fənərlər, parça salon, klimat-kontrol və elektrik şüşəqaldıranları ilə təchiz edilir. Alpha indeksli top variant “hava” üzərindən yenilənən və 9 düymlük displeyi olan SmartPlay Pro+ media sistemi, Arkamys səs sistemi, qadcetlərin simsiz doldurması, proyeksiya displeyi, USB-A və USB-C portları, LED fənərlər, dəri ilə üzlənmiş salon və sükan çarxı ilə öyünə bilər. Bundan əlavə, Suzuki Connect xidməti  avtomobilin qırxdan çox parametrlərinə uzaqdan nəzarət etməyə imkan verir, habelə ağıllı saatlar üçün ayrıca proqram mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Fronx modeli altı təkrəngli və təzadlı qara damı olan üç ikirəngli  boyanma sxemi təklif olunacaqdır. Beşqapılı Jimny kimi, krossover də bu yazda bazara çıxmalıdır. O, Suzuki tərəfindən premium modellər üçün yaradılmış Nexa diler şəbəkəsi vasitəsilə satılacaqdır. Bu model xəttinə Baleno hetçbeki, Ciaz sedan, XL6 krossveni, Ignis, S-Cross və Grand Vitara modelləri daxildir. Krossoverin qiyməti hələlik açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.