Tamötürməli “qaynar” Toyota GR Corolla hetçbeki müntəzəm olaraq məqsədyönlü təkmilləşdirmələrə məruz qalır. Məsələn, bir il əvvəl onun mühərriki təkmilləşdirilib, şassisi yenidən təmizlənib və ilk dəfə olaraq hot-hetçin transmissiya çeşidinə avtomatik ötürmələr qutusu daxil edilib. İndi isə, daha bir təkmilləşdirmələr paketi elan edilib – yeni dəst elər də genişmiqyaslı deyil, lakin istənilən halda maraqlıdır. Təkmilləşdirilmiş GR Corolla modeli Yaponiyada debüt edib.

Toyota şirkətinin yarış bölməsi davamlı olaraq öz rəhbəri Akio Toyodanın prinsipinə əməl edir: Akio sana görə, “qaynar” minik avtomobillərində tətbiq edilən bütün təkmilləşdirmələr, ilk növbdə, yarış treklərində sınaqdan keçirilməlidirlər. Beləliklə, təkmilləşdirilmiş GR Corolla modelinin hazırlanmasında təkcə yapon Super Taikyu seriyasında deyil, həm də beynəlxalq treklərdə keçirilən yarışlarda əldə edilmiş təcrübələrdən istifadə olunub. Mühəndislərin fikrincə, yerli treklərlə müqayisədə beynəlxalq treklərdə daha yüksək şaquli və yan sürətlənmələr (bu, Nürburqrinqə açıq-aydın bir işarədir) yaranır ki, bu da kuzovun əlavə möhkəmləndirilməsini tələb edir.

Məhz buna görə də, indi yenilənmiş “qaynar” hetçbekin kuzovunda əlavə 13,9 metrlik xüsusi yapışqanlı birləşmələr peyda olublar (onların ümumi uzunluğu indi 32,7 metrdir). Bu üsul şassini yenidən kökündən işləmədən və ya çəkisini artırmadan kuzovun sərtliyini yüksəltməyə imkan verir. Uzun müddətli tam qaz rejimində mühərrikin soyudulmasını yaxşılaşdırmaq üçün, mərkəzi hava girişində köməkçi kanal quraşdırılıb: yüksək dövrələrdə onun klapan açılaraq əlavə hava axını təmin edir.

Hot-hetçin interyerindəki əsas yenilik... baqajda peyda olmuş sabvuferdir. O, standart təchizata daxil olan səkkiz dinamikli JBL audio sistemini tamamlayır. Artıq hot-hetçin baza təchizatına mühərrik səsini təqlid edən Active Sound Control (ASC) sistemi də daxildır. O, nəinki mühərrikin təbii səsini gücləndirir və “nəcibləşdirir”, həm də pillələrin dəyişilməsinə uyğunlaşa bilir – məsələn, aralıq akselerasiyanı vurğulamaqla. ASC sisteminin üç iş rejimi var, amma xoşbəxtlikdən, onu tamamilə söndürmək də mümkündür.

Əsas texniki xüsusiyyətlər dəyişməz olaraq qalır. Qarışıq püskürtməli 1,6-litrlik üçsilindrli G16E-GTS turbomühərriki 304 at at qüvvəsi hasil edir, maksimal fırlanma anı isə, keçən il 370 Nm-dən 400 Nm-ə qədər artırılıb. Arxa oxu qoşma muftası olan GR-Four tam ötürmə sistemi təkərlərarası Torsen differensial kilidi ilə təchiz edilir. Arxa oxa üstünlük verilən xüsusi drift rejimləri də mövcuddur. Alıcılar altı pilləli “mexanika” və ya səkkiz pilləli “avtomat” arasında seçim edə bilərlər.

Maraqlıdır ki, artıq buraxılmış Toyota GR Corolla hetçbekləri üçün də ayrıca təkmilləşdirmələr paketi hazırlanıb. Əlbəttə ki, kuzov yenidən yapışdırmasını heç kim təklif etmir, lakin avtomobil sahibləri fırlanma anı 400 Nm-ə qədər artıracaq mühərrikin idarəetmə blokunun yeniləməsini və tam ötürmə sisteminin yeni rejimlərini əlavə edilməsini sifariş verə bilərlər. İdarəetmə blokunun yenilənməsi gələn ilin yazında əlçatan olacaq.

Yeni təkmilləşdirmələr paketi Toyota GR Corolla modelinin qiymətinə təsir göstərməyib. Yaponiyada mexaniki ötürmələr qutusu olan avtomobillərin qiyməti 5,7 milyon yen (38 400 dollar), avtomatik transmissiyalı versiyanın qiyməti isə, 6 milyon yen (40 400 dollar) təşkil edir. Bununla belə, satış siyasətində əhəmiyyətli dəyişikliklər baş verib. Əvvəllər çatışmazlıq səbəbindən yapon müştəriləri GR Corolla hetçbekini almaq hüququ üçün lotereyada iştirak etmək məcburiyyətində idilər, indi isə, sərbəst satışlara start veriləcəyi vəd edilib. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu, hot-hetçlərin tezliklə İngiltərədəki zavodda buraxılmasına başlanması ilə əlaqədardır  - bu müəssisə xarici bazarlara (xüsusilə Şimali Amerikaya) tədarükün ən böyük payını öz üzərinə götürəcək. Beləliklə, Yaponiyadakı zavodu daxili bazar üçün lazımi istehsal həcmini təmin edə biləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.