Toyota şirkəti Supra modelini beş il əvvəl canlandırıb, lakin görünən odur ki, bu model artıq konveyer həyatının sonuna yaxınlaşır. İş ondadır ki, A90 indeksli Supra modeli G29 zavod kodunu almış BMW Z4 rodsterinin bazasında yaradılıb və hər iki model də Avstriyadakı eyni Magna Steyr zavodunda istehsal olunur.

Bu yaxınlarda BMW şirkəti Z4 modelini 2026-cı ilin əvvəlində model çeşidindən çıxaracağını və onun yeni nəslinin olmayacağını bəyan edib. Müvafiq olaraq, Supra modelinin istehsalı da eyni vaxtda dayandırılacaq. Buna görə də, Toyota artıq öz modelinin vida versiyasını hazırladığını elan edib. 

Toyota GR Supra A90 Final Edition

Onun tam adı Toyota GR Supra A90 Final Edition kimi səslənir. Xüsusi versiya Yaponiya və Avropa bazarları üçün nəzərdə tutulub. Onun əsas xüsusiyyəti BMW şirkətinin 435 at qüvvəsi və 570 Nm fırlanma anı hasil edən sıralı altısilindrli 3.0-litrlik turbomühərrikidir.

Artım əhəmiyyətlidir, çünki ciddi Avropa standartlarına cavab verməsi üçün mühərriki “boğulmuş” adi Supra cəmi 340 at qüvvəsi və 500 Nm-ə malikdir, Yaponiya üçün versiya isə, ümumiyyətlə 388 at qüvvəsi ilə öyünə bilər. 

2025-ci model ilinin Toyota Supra 3.0 kupesi

Belə artım dəyişdirilmiş giriş sistemi, yenidən işlənmiş idarəetmə proqramı və aşağı müqavimətli xüsusi katalizator sayəsində əldə edilib. Trekdə sürətli döngələrdə yağ qıtlığının qarşısını almaq üçün karterdə arakəsmələr peyda olub. Titandan hazırlanmış Akrapovic buraxılış sistemi quraşdırılıb.

Təkmilləşdirilmiş turbomühərrik yalnız altı pilləli mexaniki transmissiya ilə tandemdə çalışır. Elektron idarələnən kilidlənməsi olan differensial yeni parametrləri və təkmilləşdirilmiş soyutma sistemini alıb. 

Lightweight Evo paketini almış Toyota Supra 3.0 kupesi

Kuzovun möhkəmləndirilməsi üçün isə, Supra GT4 yarış avtomobilindən götürülmüş hissələr quraşdırılıb. Bundan başqa, kupe tənzimlənən KW asqısını, gücləndirilmiş ön və arxa stabilizatorları, Michelin Pilot Sport Cup 2 şinləri taxılmış öndə 19 düymlük, arxada isə, 20 düymlük təkər disklərini və artırılmış təkər bucaqlarını alıb.

Əyləc sistemində daha böyük havalandırılan disklər, bərk tutan qəliblar və paslanmayan poladdan gücləndirilmiş şlanqlar var. Final Edition versiyasının xarici fərqləri də sırf funksionaldırlar: karbonplastikdən splitter və spoyler, kapotdakı hava girişi, bamperin künclərindəki kanardlar mövcuddur. 

Toyota GR Supra A90 Final Edition

Alkantara ilə üzlənmiş salonda Recaro Podium CF oturacaqları quraşdırılıb, üstəlik, sürücü oturacağı mərkəzi tunel, qapılar və təhlükəsizlik kəmərləri ilə uyğunlaşmaq üçün qırmızı dəridən üzlüyə malikdir. Salonun sərnişin hissəsi qara rəngdə tərtibata və karbonplastikdən dekora malikdir.

Xüsusi vida versiyası ilə yanaşı, adi Supra üçün əlçatan olan Lightweight Evo modifikasiya paketi də təqdim edilib. Ona kuzov gücləndiriciləri, yenidən tənzimlənmiş differensial, amortizatorlar və sükan idarəetməsi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artırılmış təkər bucaqları ilə quraşdırılmış təkərlərdə daha böyük Brembo əyləcləri peyda olub. Altı silindrli turbomühərrik dəyişdirilməyib, o, altı pilləli mexaniki və ya səkkiz pilləli “avtomat” ilə tandemdə çalışa bilər. 

Lightweight Evo paketinə həmçinin başqa hava girişləri olan bamper, karbonplastikdən spoyler və Michelin Pilot Super Sport şinləri taxılmış 19 düymlük təkər diskləri daxildir. Salon alkantara ilə bəzədilib, qırmızı rəngli təhlükəsizlik kəmərlərinə və tikişlərə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropa və Yaponiya üçün nəzərdə tutulmuş Toyota GR Supra A90 Final Edition kupesinin tirajı 300 nüsxəlik tirajla məhdudlaşacaq. Toyota şirkəti Supra modelinin vida versiyasına sifarişləri 2025-ci ilin yanvarında qəbul etməyə başlayacaq, çatdırılmalar isə, yaza planlaşdırılıb.

Bu arada Toyota Supra modelindən tamamilə imtina etmək niyyətində deyil: görünən odur ki, hazırkı modelin Avstriyadakı istehsalı dayandırıldıqdan sonra, şirkət Supra modelinin növbəti nəslini təqdim edəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.