Bir il yarım əvvəl Hindistanda Suzuki Baleno modelinin versiyalarından biri olan Suzuki Fronx kross-hetçbeki debüt edib. Keçən yaz ona yalnız bəzi dizayn həlləri ilə fərqlənən Toyota Urban Cruiser Taisor krossoveri qoşulub. İndi bu ailə başqa bir model - Toyota Starlet Cross ilə genişləndirilib.

Bu ad Cənubi Afrika bazarında istifadə olunacaq, çünki orijinal Toyota Starlet hetçbeki (1973-cü ildən 1999-cu ilə qədər istehsal olunub) bir vaxtlar burada populyar olub və artıq dörd ildir ki, Suzuki Baleno modelinin baza versiyası Cənubi Afrikada Toyota Starlet adı ilə satılır. Ancaq adından başqa, Starlet Cross Hindistanda satılan Toyota Urban Cruiser Taisor modelindən  heç nə ilə fərqlənmir. Avtomobilin uzunluğu 3995 millmetr, təkər bazası isə, 2520 millimetrdir.

Salon da öz qohumlarının interyerini təkrarlayır. Təchizat səviyyəsindən asılı olaraq, media sisteminin ekranı 7,0 və ya 9,0 düymlük ola bilər, təhlükəsizlik yastıqlarının sayı isə, iki ilə altı arasında dəyişə bilər. Üç USB konnektoru və smartfon üçün simsiz enerji doldurulma sistemi də vəd edilir.

Starlet Cross modelinin Hindistanda satılan avtomobillərdən əsas fərqi kapotun altındadır. Əgər Taisor 1,0 - 1,2 litrlik mühərriklərlə təklif olunursa, Afrikadakı Starlet Cross (həmçinin baza Starlet hetçbeki) 1,5-litrlik dördsilindrli atmosfer mühərriki (105 at qüvvəsi, 138 Nm) ilə təchiz edilib. O, beş pilləli mexaniki və ya dörd pilləli avtomatik transmissiya ilə tandemdə çalışır, ötürmə isə, yalnız ön oxadır. Suzuki Heartect platforması öndə McPherson dayaqlarına, arxada isə yarı müstəqil tirə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cənubi Afrikada Toyota Starlet Cross modelinin qiyməti 300 000 randan (16 300 dollar), baza Starlet hetçbeki isə, 252 000 randan (13 700 dollar) başlayır. Yeri gəlmişkən, Suzuki brendi altında buraxılan orijinal modellər də Cənubi Afrikada 1,5-litrlik mühərrik və bənzər qiymətlər ilə satılır: burada Baleno hetçbeki 256 min randan (13 900 dollar), Fronx krossoveri isə, 298 min randa (16 200 dollar) başlayan qiymətlərlə satılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.