Qarşıdan gələn Japan Mobility Show sərgisində Toyota şirkəti ictimaiyyəti təkcə Corolla konsepti və öz brendi altında olan digər şou avtomobilləri ilə deyil, həmçinin Century, Lexus və Daihatsu törəmə şirkətlərinin konseptləri ilə də cəlb etmək niyyətindədir. Lüks Century markası dəbdəbəli kross-kupe, premium Lexus şirkəti isə, qeyri-adi miniveni hazırlayıb.

Toyota Century sedanı əlli ildən artıqdır ki, ən prestijli yapon avtomobili olaraq qalır. Bununla belə, iki il əvvəl dəbdəbəli subbrendin model xəttində Rolls-Royce Cullinan konsepsiyasına uyğun olaraq hazırlanmış eyniadlı krossover ortaya çıxıb. Odur ki, ən yeni Toyota Century konseptinin monumental formalara malik hündür klirensli kupe olmasında təəccüblü bir şey yoxdur. Bununla belə, konsepti ekzotik fastbək adlandırmaq daha doğru olar, çünki əslində onun üç qapısı və maili arxa tərəfi var. Bununla belə, konseptin baqaj qapağı və hətta arxa pəncərəsi yoxdur!

Qapının konstruksiyası olduqca qeyri-adidir. Sağ sürücü tərəfində ənənəvi şəkildə açılan tək böyük qapı, sərnişin tərəfində isə, sürüşərək açılan iki hissəli qapı var. Ön hissə irəli, ikinci qısa hissə isə, geri sürüşür. Qalan halda şou-kar ikisəviyyəli iri fara və fənərləri olan seriya krossoverinin estetikasını təkrarlayır, lakin burada idman üslubu özünü daha çox biruzə verir. Kuzov rəngində olan barmaqlıqda pətək naxışı var, kapotda isə, hava yönləndiriciləri yerləşdirilib. Toyota rəsmi olaraq bu Century konseptini unikal adlandırır, ona görə də, onun istehsal perspektivləri qeyri-müəyyəndir.

2019-cu ildə Lexus markası məşhur Toyota Alphard modelinə əsaslanan LM (Luxury Mover) minivenini buraxmaq ilə dəbdəbəli miniven seqmentini mənimsəməyə başlayıb. Dörd il sonra minivenin ikinci nəsli debüt edib, odur ki, Lexus markasının konseptual miniven hazırlaması heç də təəccüblü deyil. Lakin bir istisna var: konsept altı təkərə malikdir! Ön oxda standart ölçülü təkərlər, iki arxa oxda isə, daha kiçik diametrli təkərlər quraşdırılıb.

Bundan əlavə, Lexus LS adlandırılan konsept açıq şəkildə dəbdəbəli minivenin eyniadlı nümayəndəlik sedanını əvəz edə biləcəyinə işarə edir. LS indeksi üçün artıq yeni açıqlama da hazırdır: o, artıq "Luxury Sedan" (lüks sedan) deyil, "Luxury Space" (lüks məkan) mənasını verir. Toyota konserinin rəhbəri Akio Toyoda Lexus LS konseptinin Alphard və LM modellərinin təkamül istiqamətini davam etdirəcəyini və ya  tamamilə yeni “formaya” çevriləcəyini bildirib. Bununla belə, Toyoda Lexus LS miniveninin nə vaxt seriyaya gedəcəyi barədə məlumat verməyib, lakin bunun yaxın zamanlarda baş tutmayacağını qeyd edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bütün konseptlər öz brendlərinin stendlərində, lakin böyük, vahid Toyota pavilyonunda nümayiş etdiriləcəklər. Japan Mobility Show oktyabrın 30-da açılır, ona görə də bu gün elan edilən bütün konseptlər haqqında ətraflı məlumat həmin tarixə yaxın vaxtda açıqlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.