Toyota şirkəti yeni nəsil Hilux pikapının buraxılması üçün hazırlıqlara başlayıb. Tayland Patent İdarəsinin sənədlərinə istinad edən “Headlight” nəşrinin məlumatına görə, yeni model yerli bazarda Hilux Travo adı altında satılacaq. Bu, Toyota şirkətinin yeni nəsil Hilux pikapını yerli Tailand bazarına çıxarmaq niyyətindən xəbər verir. Hilux pikapının əvvəlki versiyaları bölgədə Hilux Revo və Hilux Vigo adları altında satılıblar. Yeni pikap təkmilləşdirilmiş komponentlərlə, o cümlədən elektron sürücü köməkçilərinin imkanlarını artıran yeni sükan mexanizmi ilə təchiz ediləcək etibarlı çərçivəli platformanı saxlayacaq.

Bundan əlavə, Toyota mühərrik çeşidini əsaslı şəkildə dəyişmədən, lakin ekoloji standartlarda mümkün dəyişiklikləri nəzərə alaraq yeniləməyi planlaşdırır. Eyni zamanda, yeni Hilux tamamilə yeni eksteryer və interyeri almalı, həmçinin “batareyalı” versiyada da satışa çıxarılmalıdır. Tayland bazarında pikap Mitsubishi L200 və Ford Ranger kimi pikaplarla rəqabət aparacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.