Volkswagen Caddy modelinin dördüncü nəsli 2020-ci ildə debüt edib. İki il əvvəl isə, Caddy yenilənib və güc aqreqatlarının yenidən nəzərdən keçirilmiş kombinasiyalarını alıb. İndi isə, avtomobillər növbəti dəfə restaylinqə məruz qalıblar. Bu dəfə alman istehsalçısı modellərin eksteryer və interyerini təzələyib.

Əsas dəyişiklik, əvvəlki çərçivəsiz barmaqlıqdan mərhum edilmiş və daha ənənəvi hava girişini alan ön bamperdir. Üstəlik, sərnişin versiyaları yan hava girişlərini təqlid edən ştamplamaları da əldə ediblər. Bundan başqa, Caddy modelləri üçün yeni kuzov rəngləri də təklif olunur. Yeni dizaynlı diametri 16 ilə 18 düym arasında dəyişən təkər diskləri də vəd edilir.

Salonda əvvəlki kimi beş və ya yeddi nəfər yerləşə bilər, lakin ön panel ciddi şəkildə yenidən işlənilib. Yeni multimedia sisteminin cihazlar panelinin displeyi ilə bir blokda inteqrasiya olunmuş böyük planşeti də vəd edilib. Lakin yeni interyerin şəkilləri hələlik dərc olunmayıb, çünki Volkswagen onları yenilənmiş Caddy modelinin tamölçülü bazar debütünə qədər saxlamaq qərarına gəlib.

Texniki hissənin təkmilləşdirilməsi barədə heç bir məlumat verilməyib, ona görə də mühərrik çeşidi dəyişməz qalır. Modellər 1.5 TSI (115 at qüvvəsi) və 2.0 TDI (102 və ya 122 at qüvvəsi) mühərrikləri ilə təchiz olunurlar. Güc aqreqatları altı pilləli mexaniki və ya yeddi pilləli DSG “robotu” ilə birlikdə işləyirlər. 

Caddy eHybrid benzin-elektrik versiyası ayrıca mövqeləndirilir. O, 1.5 TSI “turbodördlüyü” və altı pilləli DSG “robotuna” inteqrasiya olunmuş elektrik mühərriki ilə təchiz edilir. Sistemin maksimal hasilatı 150 at qüvvəsi və 350 Nm təşkil edir. Ötürmə yalnız ön oxadır. Model 19.7 kilovat/saatlıq batareya ilə təchiz olunub ki, bu da elektrik rejimində 122, birləşdirilmiş rejimdə isə, 620 kilometr məsafə qət etməyə imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Volkswagen Caddy ailəsinin tam ölçülü premyerası və ilkin satışları cari ilin ortalarına planlaşdırılıb. Qiymətlər və modernləşdirilmiş avtomobillər haqqında daha ətraflı məlumat həmin vaxt açıqlanacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.