Bu yaxınlarda baza modeli ilə birlikdə yenilənmiş “qaynar” Volkswagen Golf GTI hetçbeki mexaniki transmissiyanı (artıq yalnız DSG “robotu” ilə) itirməsinə baxmayaraq, bir qədər daha güclü olub: 2.0 TSI turbomühərriki gücü 245-dən 265 at qüvvəsinə qədər artırılıb. Lakin ən ekstremal GTI Clubsport versiyasının modernləşdirmə proqramı əlavə at qüvvəsi olmadan həyata keçirilib.

EA888 evo4 seriyasından olan 2,0-litrlik turbomühərrik dörd il əvvəl olduğu kimi 300 at qüvvəsi və 400 Nm hasil edir. Bununla belə, bu hetçbek hələ də ən güclü ön ötürməli Golf modelidir. Qeyd etmək gərəkdir ki, tam ötürücülüyə keçmədən gücü artırılması çətin ki, hiss olunacaq fayda gətirsin.

Clubsport versiyasının digər texniki xüsusiyyətləri də dəyişməyib. Hetçbek yeddi pilləli DSG transmissiyası və elektron idarə olunan differensial kilidi ilə təchiz olunub. Əlavə ödəniş müqabilində DCC adaptiv asqısını əldə etmək olar.

Hərəkət elektronikası Nürburqrinq üçün xüsusi olaraq hazırlanmış Special rejiminə malikdir ki, bu da trekdə istifadə zamanı asqıları bir qədər yumşaldır. Sürət məhdudlaşdırıcı alman avtomobilləri üçün standart 250 km/saat həddində işə düşür. Amma Race paketini sifariş etdikdə “boyunduruq” çıxarılır və Golf GTI Clubsport 267 km/saata sürətlənə bilər.

Əvvəllər belə opsiya yalnız xüsusi Golf GTI Clubsport 45 yubiley versiyasının imtiyazı idi. İlk “yüzlüyə” sürətlənmə vaxtı əvvəlki kimi 5,6 saniyədir. Xatırladaq ki, yenilənmiş GTI versiyası bu işə 5,9 saniyə sərf edir.

Zahiri cəhətdən, ekstremal Volkswagen Golf GTI Clubsport adi GTI versiyasından böyüdülmüş hava girişləri olan bamperi ilə fərqlənir, bunun üçün gündüz hərəkət işıqlarının piksellərindən imtina etmək gərək olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

YClubsport versiyası indi standart 19 düymlük təkər diskləri ilə təchiz olunur (əvvəllər bazada 18 düymlük təkər diskləri quraşdırılıdı), əlavə ödəniş müqabilində yüngül döymə təkər disklərini (hər təkərdə 8 kiloqrama qənaət) sifariş etmək olar. Arxa tərəfdəki böyük spoyler və buraxılış sisteminin böyüdülmüş çıxış boruları Clubsport modelində əvvəllər də var idi.

enilənmiş Volkswagen Golf GTI Clubsport yalnız oktyabr ayında Avropadakı diler salonlaarında peyda olacaq, ona görə də onun satış qiyməti hələlik açıqlanmayıb. Hazırda GTI hetçbekinin baza versiyası Almaniyada ən azı 44500 avroya başa gəlir, lakin 300 at qüvvəli versiya üçün əlavə ödəniş çox güman ki, kifayət qədər olacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.