Son altı ay ərzində Volkswagen "səkkizinci" Golf modelinin bütün versiyalarını ardıcıl olaraq yeniləyib. Bununla belə, almanlar ən güclü R versiyasının yenilənməsini sona saxlayıblar. İndi yenilənmiş ailə tam şəkildə hazırdır: Golf R ənənəvi olaraq hetçbek və universal kuzovlarında təklif olunur.

R versiyasında baş vermiş əsas dəyişikliklər “mülki” versiyalarda olduğu kimidir: daha nazik fənərlər, işıqlandırılan ön loqotip, daha böyük ekranı (12,9 düym) olan MIB4 media sistemi. Maraqlıdır ki, analoq düymələr adi Golf modelinə qaytarılsa da, R versiyasında sükan çarxındakı sensorlu düymələr yerində qalıblar. Amma spesifik təkmilləşdirmələr də var.

Seriya Volkswagen Golf R hetçbek və universalı iki il əvvəl Golf R 20 Years Edition yubiley hetçbekində peyda olan 2.0 TSI turbomühərrikinin eyni versiyası ilə təchiz ediləcək. Mühərrik 333 at qüvvəsi və 420 Nm hasil edir, restaylinqdən əvvəlki “adi” Golf R modeli isə, 320 at qüvvəsi və 420 Nm-ə malik idi.

Transmissiyada heç bir dəyişiklik yoxdur: Golf R yeddi pilləli DSG “robotu” və arxa təkərləri qoşan fərdi yan muftaları olan tam ötürmə sistemi ilə təchiz edilir. Altı pilləli mexaniki ötürmələr qutusu əvvəllər yalnız ABŞ bazarında təklif edilsə, indi tamamilə çeşiddən çıxarılıb.

Yenilənmiş hetçbek 100 km/saat həddinə yubiley xüsusi versiyası ilə eyni müddətə - 4,6 saniyəyə sürətlənir. İlk dəfə 333 at qüvvəli mühərrik alan Golf R Variant universalı bu işə 4,8 saniyə sərf edir.

Maksimal sürət ənənəvi olaraq 250 km/saat həddində məhdudlaşdırılır, lakin Performance paketini sifariş etdikdə hədd 270 km/saat həddinə çəkilir. Bu paketə həmçinin daha böyük arxa spoyler və Special (Nurburqrinq üçün xüsusi tənzimlənib) və Drift hərəkət rejimləri daxildir. Amma bu əvvəllər də belə idi.

Modernləşmənin gətirdiyi şey, artıq baza təchizatına daxil edilmiş və avtomatik olaraq aktivləşən Eco rejimidir. Golf R modelinin standart təchizatına DCC adaptiv amortizatorları daxildir.

Əlavə ödəniş müqabilində şirkətin R-bölməsinin yerləşdiyi Volfsburq şəhərinin rayonlarından birinin adını daşıyan 19-düymlük Warmenau disklərini sifariş etmək olar. Belə bir diskin çəkisi cəmi 8 kiloqramdır.

Golf R versiyasının yeni ön bamperi mərkəzə köçürülmüş “dişləri” və daha böyük hava girişləri olan daha aqressiv dizayna malikdir. Arxa bamper əvvəlkidir.

Eyni zamanda, qara rəngi kuzovu və bolluca qara dekoru ilə seçilən Black Edition xüsusi versiyası da debüt edib: hətta fənərlər, çıxış borular və əyləc mexanizmləri də tündləşdirilib. Belə Golf R modeli standart olaraq Performance paketi ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ən güclü və ən sürətli seriya Golf modelinə sifarişlərin qəbuluna iyul ayında başlanmalıdır. Satışların başlanması isə, sentyabr ayına planlaşdırılır. Almaniyada hetçbek üçün ən azı 53 800 avrodan, universal üçün isə, 55 100 avrodan tələb olunacaq.

Müqayisə üçün: eyni texnologiyaya malik Audi S3 modelinin qiyməti ən azı 55 600 avrodur. O, hetçbek və sedan kuzovu ilə təklif olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.