Volkswagen şirkəti ID.3 elektrik hetçbekini üçüncü dəfə yeniləməyə hazırlaşır. Alman istehsalçısı restaylinq keçmiş yeni versiyanın ilk eskizlərini yayımlayıb. Yenilənmiş eksteryer və təkmilləşdirilmiş təchizatla yanaşı, elektrokar həm də yeni ad alacaq: ID.3 Neo.

Bu yenilənmə, istehsalçının ən yeni Volkswagen ID.Golf elektromobilini hazırlayarkən, ID.3 modelinin konveyer həyatını uzatmaq istəyindən irəli gəlir. Batareyalı ID.3 hetçbeki 2019-cu ildən bəri istehsal olunur: Volkswagen rəhbərliyinin ona brendin yeni elektromobillik dövründə satışların drayveri rolunu həvalə edib.

Hetçbekin populyarlıq baxımından əfsanəvi sələfləri olan Volkswagen Beetle və Golf ilə rəqabət aparacağı gözlənilirdi, lakin bazar elektrokarı heç də yaxşı qarşılamadı.  Proqram təminatı ilə bağlı problemlər, şübhəli dizayn və erqonomika, eləcə də alıcıların bahalı və praktik olmayan elektromobillərə keçmək istəməməsi öz təsirini göstərdi.

2023-cü ildə almanlar ID.3 modelinin ilk böyük təkmilləşdirilməsini həyata keçirərək onu yeni bamperlər və genişləndirilmiş avadanlıq siyahısı ilə təchiz ediblər. Cəmi bir il sonra məlumat-əyləncə sistemi və bir neçə güc komponenti yenilənib.

Təqdim edilən eskizlərdən göründüyü kimi, üçüncü təkmilləşdirmə hetçbekə daha mühafizəkar görünüş bəxş edəcək. Model hazırkı amorf ön hissənin əvəzinə, debütə hazırlaşan əlçatan VW ID.Polo elektromobilinin faralarını təqlid edən və LED zolaqla birləşdirilmiş ön işıq texnikasını alacaq.

Bamperlər və vizual olaraq arxa pəncərəyə bənzəyən baqaj qapısı daha ənənəvi hala gələcəklər. Avtomobil həmçinin yeni dizaynlı təkər diskləri çox da aerodinamik olmayan, lakin daha effektiv görünüşə sahib olacaqlar.

Hələlik interyerin təsvirləri yoxdur, lakin artıq məlumdur ki, ID.3 Neo hetçbeki In-Car Shop tətbiqlər mağazası inteqrasiya olunmuş yeni Innovision məlumat-əyləncə sistemi ilə təchiz ediləcək.

Hetçbek həmçinin yenilənmiş qardaşı Cupra Born modeli kimi, daha münasib düyməli sükan və işıqlandırmanı idarəetmə blokunu alacaq. Lakin “Kupra” modelinin interyerinə nəzər salsaq, yeniliyin mərkəzi konsolunun sensorlu qala biləcəyini söyləmək olar.

Avadanlıq siyahsında da yeniliklər vəd edilir. ID.3 Neo modelinin bütün təchizat səviyyələrində avtomobilin kilidlərini smartfon və ya ağıllı saat vasitəsilə idarə etmək üçün əlavə rəqəmsal açar olacaq.

Yeni model, həmçinin yenilənmiş Travel Assist sisteminə və 3,6 kilovata qədər gücə malik olan məişət cihazlarının dartma batareyasından qıdalandırılmağa imkan verən Vehicle-to-Load funksiyasına malik olacaq. Bu məqsədlə, elektromobil 230 voltluq giriş və şarj yuvası üçün xüsusi adapter ilə təchiz ediləcək.

Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen ID.3 Neo elektrik avtomobilinin texniki xüsusiyyətlərindəki dəyişikliklər barədə hələlik heç bir məlumat yoxdur. Xatırladaq ki, hazırki modelin Avropa bazarındakı ən əlçatan Pure  versiyasında yeganə 170 at qüvvəli elektrik mühərriki və 51 kilovat/saatlıq batareya quraşdırılır və onun qiyməti 33.000 avrodan başlayır. 204 at qüvvəli elektrik mühərriki və 58 kilovat/saatlıq batareyası olan orta səviyyəli Pro versiyası üçün isə, ən azı 36 min avro tələb edilir.

77 kilovat/saatlıq batareyası  və 231 at qüvvəli güc aqreqatı olan uzun mənzilli Pro S versiyasının qiyməti isə, 44 min avrodan başlayır. GTX və GTX Performance drayver versiyaları müvafiq olaraq 286 və 326 at qüvvəsinə, eləcə də 77 kilovat/saatlıq batareyaya malikdirlər. Bu hot-hetçlərin qiyməti müvafiq olaraq 47 və 49 min avrodan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.