Növbəti ID.3 və ID.4 modelləri “tamamilə yeni dizayn üslubunda” görünüşə malik olacaqlar. Bu barədə, “Autoexpress” nəşrinə müsahibə verən, Volkswagen şirkətinin inkişaf şöbəsinin rəhbəri Kay Qrünits bildirib. Yeni dizayn üslubu dəyirmi elektromobilləri daha sanballı edəcək daha sadə elementləri olan ənənəvi siluetə qaytarmağı hədəfləyir. Yeni üslubun ilk nümayəndəsi ID.2All konseptinin seriya versiyası olacaq. Onun debütü 2025-ci ilin sonuna planlaşdırılır.
Qrünits, ID xəttinin gələcək elektromobillərinin "dizayn baxımından başlanğıca, yəni Volkswagen markasının məşhur olduğu üsluba qayıdacaqlarını” bildirib.
İnteryer tərtibatına yanaşma da dəyişəcək: çoxlarının bezdiyi sensorlu səthlər qismən ənənəvi idarəetmə vasitələri ilə əvəz olunacaq. Bunlar tez-tez istifadə olunan funksiyalara yeyin daxil olmağı təmin edən düymələr ola bilər. Xatırladaq ki, multimedia sisteminin sensorlu displeylərində onları axtarıb tapmaq kifayət qədər vaxt tələb edir.
Volkswagen şirkəti, ID.2All konseptində nümayiş etdirdiyi fiziki açarların geri qaytarılması ilə yanaşı, tərtibat materiallarının keyfiyyətini yaxşılaşdırılmasını da planlaşdırılır.
Qrünits yeni ID.3 və ID.4 modellərinin məhsuladrlığının artırılacağını və “yaşıl” avtomobillərin ən bahalı elementi olan dartma batareyalarının qiymətlərinin aşağı salınacağını da vəd edib. Xərclərin azalmasından həm Volkswagen şirkətinin özü, həm də pula qənaət edəcək müştərilər yararlana biləcəklər. Yeni elektrokarla 2026-cı ildə satışa çıxmalıdırlar.
Bu arada dərin böhran yaşayan Volkswagen zavodlarından qurtulmağa çalışır. Almaniyada iki zavodun bağlanması, eləcə də Çinin Sincan bölgəsindəki müəssisənin satılacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.