Alman avtomobil istehsalçısı müxtəlif versiyaların yürüş ehtiyatı, doldurma sürətinin artması, üçcərgəli modifikasiyasının əlavə edilməsi və media sisteminin təkmilləşdirilməsi barədə məlumatı paylaşıb. Əvvəllər olduğu kimi, Volksagen ID.Buzz iki kuzov növü, arxa və ya tam ötürmə, üç batareya, standart və ya uzun təkər bazası ilə təklif edilir. Almaniyada qiymətlər 60,9 min avrodan başlayır.

VW ID.Buzz Goal

ID.Buzz modelinin arxa ötürməli baza versiyası 286 at qüvvəsi və 550 Nm hasil edən elektrik mühərrikinə, 79 kilovat-saatlıq batareyaya, 4,7 metr uzunluğunda kuzova və beş nəfərlik salona malikdir. Minivenin yürüş ehtiyatı 423 ilə 461 kilometr arasında dəyişir. Üstəlik, batareyanın doldurma sürəti doqquz faiz artırılıb. Bundan əlavə, indi standart təkər bazası olan versiya altı oturacağı olan üçcərgəli salonla da təklif olunur.

VW ID.Buzz Goal

Alternativ olaraq, 25 santimetr böyüdülmüş kuzova malik olan “uzun” ID.Buzz Pro versiyası təklif edilir. Uzunbazalı avtomobilin həm ön, həm də arxa qapıları dəyişdirilib, dartma batareyası təkmilləşdirilib (86 kilovat-saat), arxa ötürməli versiyanın mənzili 453 ilə 487 kilometr arasında dəyişir. Bütün minivenlərdə multimedia sisteminin displeyinin diaqonalı 12,0-dən 12,9 düymə qədər artırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Adi ID.Buzz Pro versiyası artıq Avropada 60,9 - 64,5 min avro arasında dəyişən qiymətlərlə sifariş üçün əlçatandır. Avqust ayında modifikasiya çeşidi “bərkgedən” tamötürməli GTX versiyası ilə tamamlanacaq. Minivenin genişləndirilmiş təchizata malik olan və məhdud sayda buraxılacaq ID. Buzz Goal versiyası futbol üzrə Avropa Çempionatına həsr edilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.