Volvo EX30 elektrik krossoveri 2023-cü ilin ortalarında debüt edib və bir il əvvəl bütün yollar üçün nəzərdə tutulmuş Cross Country versiyasını alıb. Lakin 2025-ci ilin nəticələrinə görə elektrik krossoverinə olan tələbat 23% azalıb və buna görə də, onsuz da zərərlə işləyən İsveç şirkəti sadələşdirilmiş baza versiyasını və dəbli qara tərtibatı hazırlayaraq ictimayyətin krossoverə olan marağını artırmaq qərarına gəlib.

Volvo EX30 hələ nisbətən yenidir, ona görə də ciddi yenilənmədən söhbət gedə bilməz: yalnız kiçik dəyişikliklər edilib. Məsələn, elektrik krossoverinə xüsusi adapterdən istifadə edərək kənar cihazları qidalandırmağa imkan verən vehicle-to-load (V2L) funksiyası əlavə olunub, habelə məlumat-əyləncə sistemi üçün proqram təminatının yeniləməsi elan edilib. Hər iki yenilik əvvəllər buraxılmış modellər üçün də əlçatandır və “hava” üzərindən yeniləmə vasitəsilə quraşdırılacaq.

Lakin əsas yenilik zəif elektrik mühərriki olan daha sərfəli EX30 modelinin təqdim edilməsidir. Arxa oxdakı mühərrik 150 at qüvvəsinə malikdir və 51 kilovat/saatlıq batareya 339 kilometrlik gediş məsafəsini (WLTP) təmin edir. Daha böyük 69 kilovat/saatlıq batareya da mövcuddur və o, 476 kilometrə qədər gediş məsafəsini təmin edir. 

Model çeşidinə tanış variantlar da daxildir. 272 at qüvvəli yeganə elektrik mühərriki olan arxa ötürməli versiya müvafiq olaraq 344 və 480 kilometrlik gediş məsafəsini təmin edən 51 və ya 69 kilovat/saatlıq batareya ilə təchiz olunub. Ümumi gücü 428 at qüvvəsi olan iki mühərrikə və 69 kilovat/saatlıq batareyaya malik olan tam ötürməli versiya dolu batareya ilə 460 kilometrə qədər məsafə qət edə bilər.

Volvo modellərinin əksəriyyəti üçün artıq xüsusi Black Edition nəşri  təklif edilir. İndi isə, İsveç brendinin ən kiçik krossoveri də belə versiyaya sahib olub. Üç kuzov rəng mövcuddur: qara, ağ və boz. Xromla örtülən elementlər parlaq qara rəngli detallarla əvəz olunub, 19-düymlük təkər diskləri, ön loqotip və arxa yazılar da qara rəngə boyanıblar. İnteryerdə tünd bəzəklərlə tünd dekorla tamamlanan, seçilən tikişləri olan Nordico üzlükləri var.

Bundan əlavə, Volvo EX30 krossoverinin bütün təchizat səviyyələri üçün eyni tünd interyer tərtibatına malik olan Black Interior paketi mövcuddur. Həmçinin açıq parça ilə üzlənmiş oturacaqları və qapı panelləri, Nordico ön paneli, tünd dekor və qara tavanı olan Harvest variantı da əlçatandır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qiymətlər açıqlanmayıb, lakin hazırkı Volvo EX30 krossoverinin qiyməti İsveçdə 430.000 ilə 560.000 kron arasındadır (47.500 - 62.000 dollar). Yenilənmiş elektrik krossoveri Belçikadakı zavodda istehsal olunacaq. Məqsəd – Avropa İttifaqı tərəfinfən Çində istehsal edilən elektromobillərə tətbiq edilən rüsumlardan yaxa qurtarmaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.