Volvo şirkəti batareyanın alışıb yanması riski səbəbindən 40 min EX30 elektromobilini geri çağıracaq. Geriçağırma kampaniyası Single-Motor Extended Range və Twin-Motor Performance modellərinə aiddir. Bu kampaniyanın təxminən 200 milyon dollara başa gələcəyi gözlənilir.
Problemli batareyalar Geely konserninin birgə müəssisəsi olan Shandong Geely Sunwoda Power Battery Co. tərəfindən istehsal olunub. Qüsurun dəqiq səbəbi açıqlanmasa da, onun batareyandakı yüksək cərəyan səviyyəsi ilə əlaqədar olduğu məlumdur. Şirkət problemin artıq öz həllini tapdığını iddia edir.
Geri çağırılan bütün avtomobillərin sahiblərinə texniki xidmətdən əvvəl batareyadakı cərəyan səviyyəsini 70% ilə məhdudlaşdırmaq tövsiyə olunur. Bu, müvəqqəti bir tədbirdir və Volvo bunun yanğın riskini tamamilə aradan qaldıracağına zəmanət verir.
Sürücülərə həmçinin avtomobillərini açıq havada, binalardan və digər nəqliyyat vasitələrindən uzaqda park etmələri tövsiyə olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









