Volvo şirkəti daxili yanma mühərriklərindən imtina etmək fikrindən daşınsa da, onun əsas məqsədi hələ də model xəttinin elektrikləşdirilməsidir. Odur ki, isveçlilər bu sahədəki yeni planlarını açıqlayıblar.
Volvo şirkəti gələcək EX60 elektrik krossoverinin inşa ediləcəyi SPA3 platformasını hazırladığını bildirib. Yeni arxitektura SPA2 “arabacığının ” quruluş bloklarından istifadə edir, lakin bir sıra təkmilləşdirmələrə malikdir. Birincisi, o, Volvo Cars Superset texnoloji yığınına əsaslanan daha güclü hesablama hissəsinə malikdir. İkincisi, platforma daha da çevikdir ki, bu da onun üzərində müxtəlif ölçülü avtomobillər yaratmağa, vaxta və işləmə xərclərinə qənaət etməyə imkan verəcək.
Ən maraqlısı, əlbəttə ki, baza sistemləri, modullar, proqram təminatı və aparat dəsti olan texnologiyalar yığınıdır. Yığının blokları kublar kimi yığıla bilər və hər bir yeni Volvo avtomobili, əslində, bir növ onların toplusu olacaq.
“Supersetin” daimi yenilənməsi ən son işləmələri gələcək məhsullara köçürməyə imkan verəcək. Başqa sözlə, EX90 modelində tətbiq edilən bütün işləmələr ES90 sedanına da köçürüləcəklər, sedanın üzərində işləyərkən həyata keçirilən təkmilləşdirmələr avtomatik olaraq EX60 modelində, eləcə də mövcud avtomobillərdə istifadə ediləcəklər.
Volvo Cars Superset yığını artıq flaqman EX90 krossoverində istifadə olunur. Krossover iki güc qurğusuna malikdir və hər iki güc qurğusu ikimühərriklidir. CATL şirkəti tərəfindən tədarük edilən batareyanın nominal tutumu 111 kilovat/saatdır (107 kilovat/saat əlçatanddır).
İlkin EX90 modeli 408 at qüvvəsi və 770 Nm-ə malikdir, 100 km/saata 5,9 saniyəyə sürətlənir və dolu batareya ilə təxminən 600 kilometr məsafə qət edir. 517 at qüvvəsi və 910 Nm hasilatı olan Performance versiyası ilk “yüzlüyə” 4,9 saniyəyə sürətlənir və 590 kilometr yürüş ehtiyatını təmin edir. Qohum Polestar 3 modeli kimi, Volvo krossoveri də iki kameralı pnevmatik asqı və arxa oxdakı dartma vektoruna nəzarət sistemi ilə təchiz olunur.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.