Volvo şirkətinin 5 mart tarixində yeni bayraqdar ES90 elektrik sedanını nümayiş etdirəcəyi barədə məlumat vermişik. Bu gün İsveç istehsalçısı yeni elektrik flaqmanının yeni tizerlərini yayıb. Yeni tizerlərdə modelin arxa tərəfi nümayiş etdirilir. Yeniliyin ən maraqlı detalı bölünmüş arxa işıqlardır, sedan kuzovuna baxmayaraq, arxa şüşədə də əlavə işıqların olduğu görünür.

Qeyd etmək gərəkdir ki, bir müddət bundan əvvəl Volvo flaqmanın tizerlərini dərc edərək onun bəzi xüsusiyyətlərini açıqlayıb. İsveç istehsalçısı ilk növbədə, yeni ES90 modelinin “bu günə qədər yaradılmış ən güclü Volvo avtomobili olduğunu” bildirib. Əlbəttə ki, söhbət sedanın güc qurğusunun hasilatından getmir, söhbət avtomobilin hesablama gücündən gedir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu gün açıqlanmış məlumat da maraqlıdır. ES90 sedanı Volvo brendinin 800 voltluq elektrik sistemi ilə təchiz edilən ilk avtomobili olacaq. Odur ki, elektrik sedanı 350 kilovatlıq şarjı dəstəkləyəcək ki, bu da 10 dəqiqə ərzində yürüş məsafəsini 300 kilometrlik yürüş ehtiyatını bərpa etməyə imkan verəcək.

20 dəqiqə ərzində isə, adaptiv Breathe Battery Technology proqramı sayəsində batareyanın 80 faizini doldurmaq mümkün olacaq.  Sedanın ikimühərrikli ən uzunmənzilli versiyası 106 kilvat/saatlıq batareya ilə təchiz ediləcək və onun pasport üzrə yürüş məsafəsi 700 kilometr (WLTP) olacaq.

Digər xəbər daxili yanma mühərriki olan S90 modelinə aiddir. ES90 elektrik sedanı ilə birlikdə benzin mühərrikli sedanın yenilənmiş versiyası da nümayiş etdiriləcək. Çox güman ki, baş vermiş dəyişikliklər kosmetik xarakter daşıyacaq.

Yenilənmiş Volvo S90 modelinin yeni tərtibatlı radiator barmaqlığını alacağından şübhə etməmək olar. Artıq dizaynerlər renderlər hazırlayaraq yenilənmiş modelin görünüşü barədə öz mülahizələrini nümayiş etdiriblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.