Yenilənmiş Honda Civic bu yaxınlarda ABŞ-da debüt edib və indi o, yapon alıcılarına da təqdim olunub. Yaponiyada Honda Civic yalnız hetçbek kuzovu ilə təklif olunur və yerli bazarda satılan avtomobillərdə baş vermiş yeniləmələr Amerikadakı ilə demək olar ki, eynidir. Lakin çeşid yerli tələbatlara uyğunlşadırılıb və onun tərkibinə “qaynar” Honda Civic RS hetçbeki daxil edilib.

Civic hetçbeninin RS versiyasının carçısı altı ay əvvəl nümayiş etdirilmiş eyniadlı konsept olub. Konseptin dizayn xüsusiyyətləri demək olar ki, heç bir dəyişiklik olmadan seriya hetçbekinə köçürülüb. Onların arasında iri qırmızı RS loqotipi olan radiator barmaqlığı, bol qara dekorasiya, arxa diffuzor və buraxılış sisteminin əsl çıxış boruları var. Hetçbekin əsas bəzəyi qara rəngli 18 düymlük təkər diskləridir, əlavə ödəniş müqabilində isə, “bərkgedən” Civic Type R hetçbekini xatırladan böyük antiqanadı da sifariş etmək olar.

Məsələ ondadır ki, RS versiyası Yaponiyadakı çeşiddə altı pilləli mexaniki transmissiya ilə təchiz edilən yeganə versiyadır. Həm də hibrid üstqurumu olmayan! Kapotun altında 182 qüvvəsi və 240 Nm hasil edən 1,5-litrlik turbomühərrik yerləşir. RS həmçinin pillələri dəyişdirərkən dirsəkli valın dövrələrini tənzimləyən təkmilləşdirilmiş sistemdən və daha sərt asqıdan faydalanır.

Salonda qara rəngli interyer tərtibatı ilə təzad təşkil edən qırmızı vurğuları olan ön panel və qapı kartları var. Bununla belə, RS modifikasiyasının əsas xüsusiyyəti mexaniki transmissiyanın mərkəzi tuneldəki dəstəyidir

İdman anturajı olmayan Civic modelləri Yaponiyada yalnız tərkibinə 2,0-litrlik atmosfer mühərriki (141 at qüvvəsi) və elektrik mühərriki (184 at qüvvəsi) daxil olan e:HEV hibrid güc qurğusu ilə təklif olunur. Üstəlik, əgər əvvəllər hibrid yeganə təchizat səviyəsinə malik idisə, indi səviyyələrin sayı iki olacaq. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sırf benzinlə işləyən hetçbeklərdə, əksinə, indi nə variator, nə də təchizat səviyyələrinin seçimi olmayacaq: yalnız mexaniki transmissiyalı Civic RS. Onun qiyməti sentyabr ayında satışlar başlayanda açıqlanacaq. Yaponiyada yenilənmədən əvvəlki Honda Civic hetçbekinin qiyməti 3,24 milyon yen (21,700 dollar) təşkil edir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.