Mitsubishi Avropada tədricən üzü dəyişdirilmiş Renault avtomobillərinə keçir və bu yaxınlarda üçüncü belə modeli təqdim olunub. Lakin Asiyada üstünlük hələ də müstəqil mühəndisliyə verilir. Bu günlərdə İndoneziyada daha bir yenilik debüt edib - yeddi nəfərlik Mitsubishi Destinator krossoveri.

Bununla belə, bu müstəqil model deyil, 2023-cü ildən İndoneziya və Taylandda istehsal olunan yığcam Mitsubishi Xforce krossoverinin bir növüdür. Əsas odur ki, Destinator üç oturacaq sırası olan standart yeddi nəfərlik salona malikdir, Xforce isə, sırf beş nəfərlikdir. Buna nail olmaq üçün avtomobilin təkər bazasını 2650-dən 2815 millimetrə qədər artırmaq lazım gəlib. Bununla belə, iki avtomobil arasında fərqlər daha çoxdur.

Destinator krossoveri üçün nəinki ön tərəfin fərqli dizayn hazırlanıb (ümumi olan yalnız gündüz hərəkət işıqlarıdır), həmçinin yan divarların plastikası da dəyişdirilib: təkər tağları, onların üstündəki ştamplamalar, hətta kandarların forması belə fərqlidir. Ümumi vizual oxşarlığa baxmayaraq, arxa tərəfin də dizaynı fərqlidir - beşinci qapının daha geniş girişi və şaquli arxa pəncərə diqqəti çəkir.

Xforce modeli ilə müqayisədə yeni Destinator 290 millimetr uzun (4680 millimetr), 30 millimetr - enli (1840 millimetr) və 120 millimetr hündürdür (1780 millimetr). 18 düymlük təkər diskləri standart avadanlıqdır, elan edilmiş klirens mühərrikin müdafiəsinin altında 214 millimetr təşkil edir (onsuz, 244 millimetrə qədər). İki krossoverin sadə şassisi ümumidir - öndə McPherson dayaqları və yarı müstəqil arxa asma ilə.

Avtomobillərin salonun ön hissəsi demək olar ki, eynidir: Destinator kiçik qardaşından yalnız bəzi panellərin fərqli forması ilə seçilir. Sürücünün qarşısında cihazlar panelinin səkkiz düymlük ekranı və media sistemin 12,3 düymlük taçskrini var. İkinci sıra üç hissəli arxa söykənəcəklərə malikdir (40:20:40), üçüncü sırada isə, arxa söykənəcək yarıya bölünür. Baqaj böplməsinin həcmi açıqlanmır.

Xforce modelində olmayan yeni seçimlər arasında panoram dam (sürüşərək açılan bölmə media sistem vasitəsilə idarə olunur), ikinci cərgədə qatlanan masalar və salonun genişləndirilmiş kontur işıqlandırması (64 rəng) var, klimat-kontrolun isə, arxa sərnişinlər üçün üçüncü zonası peyda olub. Ümumi seçimlər - səkkiz dinamiki olan qabaqcıl Yamaha audio sistemi, adaptiv kruiz-kontrol və bir sıra digər köməkçiləridir.

Əgər Xforce 1,5-litrlik atmosfer mühərriki və ya ardıcıl-paralel hibrid sistemi ilə təklif edilirsə, Destinator krossoveri üçün fərqli güc aqreqatı hazırlanıb. Kapotun altında Eclipse Cross modelindən tanış olan 1,5-litrlik turbomühərrik (163 at qüvvəsi, 250 Nm) var. Onun yeni versiyası qənaətcil Atkinson dövrü ilə işləyir, qarışıq yanacaq püskürtmə sisteminə və mayeli interkulerə malikdir. Transmissiya – variatordur, ötürmə isə, yalnız ön təkərləridir. Lancer Evolution sedanlarından tanış olan AYC işarələnməsini almış sistem hərəkət elektronikasının beş rejiminə və özükülidlənən differensialın imitasiyasına malikdir. Krossoverin boş çəkisi 1495 kiloqramdır.
Mitsubishi Destinator krossoverlərinin istehsalına bu ilin sonunadək İndoneziyada başlanmalıdır. Geniş ixrac proqramı planlaşdırılır: siyahıya Cənub-Şərqi Asiyanın digər ölkələrinə, həmçinin Latın Amerikası, Afrika və Yaxın Şərq daxildir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.