BMW şirkəti Pebble Beach Concours d'Elegance zəriflik müsabiqəsində yeni M5 sedanının BMW Individual bölməsi tərəfindən hazırlanmış unikal versiyasını nümayiş etdirəcək.

Sedan yeganə nüsxədə istehsal olunub və o, BMW Individual Frozen Orange rənginə boynamış kuzovu, eyni rəngdə vurğuları olan təkər disklərini və qızılı rəngdə supportları alan yeganə avtomobil olacaq. İnteryer tərtibatı da qeyri-standartdır: tərtibatda Kyalami Orange/Silverstone çalarlarında Merino dərisindən geniş şəkildə istifadə olunur. Qeyd etmək gərəkdir ki, seriya M5 sedanlarında belə tərtibat variantı təklif edilməyəcək.

Bundan əlavə, avtomobil karbon lifindən dekorativ örtüklər və 2024 Pebble Beach Concours d'Elegance loqotipləri ilə bəzədilib – opsiyaların ümumi dəyəri 57 000 dollar təşkil edir. Bundan başqa, təchizata tıxac köməkçisi və magistral avtopilotu olan Driving Assistance Professional, radiator barmaqlığının işıqlandırması və ön oturacaqların havalandırmasını əlavə edəcək Executive, CFRP plastikdən hazırlanmış dam və arxa spoyleri olan Carbon, həmçinin iki trek profilini əlavə edən və “maksimum sürəti” 305 km/saata çatdıran M Drive Professional dəstləri daxil olacaq.

Güc qurğusu dəyişməz qalacaq. Yeddinci nəsildə M5 iki turbokompressorlu 4,4-litrlik V8 mühərrikini saxlasa da, o indi hibrid sistemin bir hissəsinə çevrilib. Güc qurğusunun hasilatı bu model üçün rekord sayılan 727 at qüvvəsi və 1000 Nm fırlanma anıdır. Bununla birlikdə, sedanın yarım ton ağırlaşması səbəbindən onun dinamikası nəinki yaxşılaşmayıb, hətta bir qədər zəifləyib: 100 km/saata sürətlənmə 3,5 saniyə (+0,1 saniyə) çəkir. Xatırladaq ki, M5 CS versiyası bu işə düz üç saniyə sərf edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt