Yeni supersedanın studiya şəkillərini Cochespias.net portalı paylaşıb. Çox güman ki, BMW “planlaşdırılmış sızma” hazırlayırmış: alman istehsalçısı qarşıdan gələn təqdimata marağı artırmaq üçün “casus şəkillərini” və elektromobil haqqında təfərrüatları müstəqil şəkildə paylaşmağı planlayırmış. M3 modeliin seriya versiyası Vision Neue Klasse konseptindəki dizayn həllərini miras alacaq, salonda isə, panoram proyeksiyaya malik olan iDrive sistemi quraşdırılacaq.

Prototip rəngli kamuflyajla örtülsə də, bəzi həllər artıq məlumdurlar. Məsələn, ağıllı optikanı, yeni BMW işıq imzasını, eləcə də işıqlandırılmış bölmələri olan qeyri-adi təkər disklərini qeyd etmək gərəkdir. Hərəkətdə belə təkərlər effektiv görünürlər, lakin demək olar ki, belə bir texniki həll bütün ölkələrdə qaydalara uyğun gəlmir. İnteryerə gəlincə isə, o, iDrive kompleksinin hazırkı versiyasına uyğun gəlir.

BMW nümayəndələri dəfələrlə elektrik M3 modelinin təxminən bir meqavat (1360 at qüvvəsi) hasil edəcəyinə, elektrik güc qurğusunun isə, dördmühərrikli olacağına eyham vurublar. Konsept-karda arxada güclü diffuzoru, öndə isə, böyük hava girişləri olan aqressiv kuzov dəsti var – belə dizayn elektromobillər üçün qeyri-adidir. 2023-cü il konseptindən göründüyü kimi, bavariyalılar çərçivəsiz qapıları və böyük şüşələnmə sahəsi olan kuzov hazırlayırlar.
BMW M3 benzin modelinin pərəstişkarları narahat olmasınlar: istehsalçı müxtəlif növ güc aqreqatları, lakin oxşar dizayna malik olan iki M modelinin hazırlanmasını planlaşdırır. Adi M3 modeli ənənəvi 3,0-litrlik altısilindrli benzin mühərrikini saxlayacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.