Changan şirkəti növbəti nəsil CS75 Plus modelinin şəkillərini paylaşıb. Eyni zamanda, avtomobilin əsas xüsusiyyətləri və ümumi ölçüləri barədə təfərrüatlar Çinin Sənaye və Ticarət Nazirliyinin açıq məlumat bazasında ortaya çıxıb. Zavoddaxili C928 kodu ilə işarələnmiş “üçüncü” Changan CS75 Plus modeli Uni xəttinin üslubunda dizaynı və tamamilə yeni kuzovu ilə seçilir. Yeni model 1,5-litrlik dördsilindrli BlueCore turbomühərrikinin 188 at qüvvəli versiyası ilə təklif olunur.

2024 model ilinin Changan CS75 Plus krossoveri doqquz santimetr (2800 millimetr) uzadılmış təkər bazasına malikdir. Krossoverin uzunluğu 70 millimetr (4770 millimetr), eni - 45 millimetr (1910 millimetr) artıb, lakin hündürlüyü 15 millimetr azalıb (1695 millimetr). Kuzovun nisbətləri dəyişdirilib və yeniliyin əsas markerləri “gizli” qapı tutacaqları və işıqlanan loqotipləri olan LED zolaqlarıdır.

Hələlik 1,5-litrlik turbomühərrikin iki versiyası sertifikatlaşdırılıb, baxmayaraq ki, fərq cüzidir: əsas versiya 188, opsional versiya isə, 192 at qüvvəsi hasil edəcək. Hələlik 2,0-litrlik turbomühərrik, tam ötürməli versiyalar və ya hibridlər haqqında məlumat yoxdur, lakin bir müddət sonra belə modifikasiyaların debüt edə bilərlər. 18 ilə 20 düymlük təkər diskləri də bəyan edilib və yeni modelin məziyyəti yaxşı giriş/çıxış bucaqları (müvafiq olaraq 20/25 dərəcə) olacaq.

Image alt Image alt Image alt Image alt

Bizim bazarda Changan CS75 Plus modelinin 2019-cu ildə debüt edən ikinci nəsli satılır, lakin Çində hətta krossoverin birinci nəsli də satışdadır və aktual versiya artıq iki də restaylinqdən keçib! Modelin 2023-cü ilin sonuna ümumi satışları demək olar ki, 250 min ədəd təşkil edir, ona görə də krossover Changan üçün çox vacibdir. Yeni krossoverin təqdimatı ilin ikinci yarısında baş tutmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.