Bundan sonra smart markasından olan avtomobillər barmaqlıq nişanı altında buraxılacaqlar. Sıra nömrəsi ilə “#” simvolunun birləşməsi bütün modellərə qismət olacaqdır, lakin əvvəlki “smartların” buna dəxli yoxdur – smart brendi üçün tam yeni dövr başlayır.
Daimler və Geely konsernləri tərəfindən yaradılmış yeni smart Automobile Co birgə müəssisəsinin ilk modeli lakonik smart #1 adlı elektrik krossoveri olacaqdır. Yeni gəlmişkən, Geely holdinqinin portfelində Lynk&Co 01 və Zeekr 001 elektromobilləri də var.
Qeyd etmək gərəkdir ki, smart #1 modelinin sınaqları başa çatmadığına görə, yeni krossover ala-bəzək kamuflyajda nümayiş etdirilir. Ümumilikdə, seriya avtomobili markanın keçən il göstərilmiş konsept-karını təkrarlayır: kuzovun forma və nisbətləri eyni olsa da, başqa təkər diskləri və azaldılmış klirens işləri bir qədər korlayıblar. Yeni krossover qabaritlərinə görə əvvəlki “cücələrə” bənzəmir və Mini Countryman modelinin həmsinifidir: smart #1 modelinin uzunluğu demək olar ki, 4,3 metr təşkil edir.
Krossover Geely şirkətinin SEA (Sustainable Experience Architecture) modul platformasında inşa edilib, ona görə də, modelin yaradılması üzrində çalışmalar Çində aparılıb. Hətta, qış sınaqları da bu ölkənin şimalında keçirilib,kuzovun işlənib başa çatdırılması üçün isə, Çunzindəki Çin Avtomobil Sənayesinin Tədqiqat İnstitutunun (CAER) aerodinamik borusundan istifadə olunub.
Lakin avtomobilin dizaynına alman təfəri cavabdehdir: brendin baş stilisti Kay Ziber qalır, bu istiqamətə isə, Mercedes-Benz konserninin şef-dizayneri Qordon Vagener nəzarət edir. Kuzovun aerodinamik müqavimət əmsalı 0,29-a bərabərdir. İrəli çıxan qapı tutacaqlarının buz qabığını sındıra biləcəyi qeyd olunub.
Krossoverin xarakteristikaları hələlik açıqlanmayıb, lakin avtomobil üzərindən işlərin tamamlanmasına az qalır. Seriya avtomobilinin təqdimatı yazın zamanlarda keçirilməlidir. smart #1 krossoverini Çində istehsal edəcəklər, onun əsas bazarları isə ÇXR və Avropa olacaqdır.
Ən əsası isə, smart şirkəti üçün krossoveri bu ilin ikinci yarısından gec olmayaq satışa çıxarmaq çox vacibdir, əks halda diler şəbəkəsi avtomobillərsiz qala bilər. Artıq smart forfour hetçbekinin buraxılışı artıq dayandırılıb, Fransadakı zavod isə Ineos şirkətinə satılıb. Üstəlik, üçqapılı smart fortwo modelinin müqavilə üzrə istehsalına yayda son veriləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.