Keçən ilin yayında Mercedes-AMG şirkəti GT XX konseptini təqdim edib və bu konsept təkcə yeni AMG.EA elektrik platformasının imkanlarını nümayiş etdirməyib, həm də GT 4-Door Coupe liftbəkinin carçısı olub. Artıq yeni liftbəkin kamuflyajlı prototipləri sınaqlardan keçir, indi isə, istehsalçı idman elektromobilinin interyeri haqqında təfərrüatları açıqlayan şəkilləri dərc edib.

Xatırladaq ki, AMG GT XX böyük və alçaq bir avtomobildir: onun uzunluğu 5204, eni – 1945, hündürlüyü isə, 1317 millimetr təşkil edir. Kuzov mümkün qədər rasional şəkildə dizayn edilib və nəticədə təsirli Cd əmsalı 0,198-dir. Elektromobil 800 voltluq batareyası və 850 kilovata qədər gücə malik olan ultrasürətli şarjı olan xüsusi AMG.EA platformasında inşa edilib.

Üçmühərrikli tam ötürmə sistemin ümumi gücü 1 meqavatdan (1360 at qüvvəsi) çoxdur. Maksimum sürət 360 km/saatın üzərindədir. GT XX prototipinin texniki hissəsi artıq rekord marafon gedişində sınaqdan keçirilib - elektromobil 24 saat ərzində 5479 kilometr məsafə qət edib.

AMG GT XX konseptinin salonunda çoxsaylı fiziki düymələr və siqnal işıqları, bahelə rekuperasiya sistemini tənzimləmək üçün ləçəkləri olan şturval var. Ön paneldəki vahid bölmədə cihaz paneli (10,25 düym) və MBUX məlumat-əyləncə sisteminin ekranları (14 düym) yerləşir.

Şəffaf mərkəzi tuneldə yüksək gərginlikli kabelləri xatırladan quraşdırılmış işıqlandırma var, onun yanında isə, metaldan dekor elementləri yerləşib. İdman atmosferinə salon boyunca səpələnmiş açıq karbondan elementlər cavabdehdir.

Bununla belə, gözlənildiyi kimi, Mercedes-AMG GT 4-Door Coupe seriya liftbəkinin salonu konseptdən əhəmiyyətli dərəcədə fərqlənir. Sürücünün qarşısında çoxfunksiyalı sükan yerləşir – onun ən əsas xüsusiyyəti seçilmiş idarəetmə tənizmləmələrini göstərən, quraşdırılmış düymə-ekranları olan iki fırlanan dəstəkdir.

Ön paneldə cihazlar panelinin 10,2 düymlük və MBUX media sisteminin 14 düymlük ekranları yerləşir. Multimedia sisteminin displeyi sürücüyə tərəf döndərilib, ön sərnişin üçün isə, ayrıca 14 düymlük displey nəzərdə tutulub. Firma MB.OS əməliyyat sistemi xüsusi qrafikanı və yarış telemetriyasını əldə edib.

Gözəl dizaynlı mərkəzi tuneldən əsər-əlamət belə qalmayıb, onu ənənəvi dirsəkaltı-qutu, simsiz şarj meydançaları və fincan tutacaqları olan ənənəvi konstruksiya əvəzləyib. Havalandırma sisteminin ensiz deflektorları gümüşü çərçivə ilə haşiyələnib, lakin interyerin əsas diqqət çəkən elementləri xüsusi AMG Race Engineer sisteminin üç fırlanan dəstəyidir.

İstehsalçının sözlərinə görə, bu sistem özündə bütün elektronika və proqram təminatını birləşdirir və sürücüyə elektromobilin "sinir sisteminə" birbaşa giriş imkanı verir. Düymələr elektrik mühərriklərinin və qaz pedalının, asqı və idarəetmənin, eləcə də elektron təhlükəsizlik sistemlərinin tənzimləmələrinə cavabdehdir.

İnteryerin digər diqqət çəkən xüsusiyyəti fərdi şəkildə tənzimlənən şəffaflığı olan iki hissəyə bölünmüş elektroxrom panoram damdır. Gecələr yarış zolaqları ilə əhatə olunmuş firma AMG loqotiplərini yaradan xüsusi işıqlandırma rejimi aktivləşdirilə bilər. Əlavə ödəniş müqabilində karbon dekora malik olan yüngülləşdirilmiş bağlı dam paneli də quraşdırılır.

Alıcılar həmçinin standart oturacaqlar ilə inteqrasiya olunmuş başlıqları olan yarış kresloları arasında seçim edə bilərlər. Arxa cərgə iki və ya üç nəfər üçün konfiqurasiya edilə bilər. İnteryer üçün geniş çeşiddə tərtibat materialları və rəng sxemləri mövcuddur. Əlbəttə ki, Manufaktur fərdiləşdirmə şöbəsinin təklifləri də mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-AMG GT 4-Door Coupe elektromobilinin debüt tarixi hələlik açıqlanmayıb. Prototiplərin yol sınaqlarının intensivləşdirilməsi və interyer barədə təfərrüatların açıqlanması yeni modelin təqdimatının çox yaxın olduğuna işarə edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.