May ayında Jeep növbəti Cherokee modelinin kifayət qədər informativ tizerlərini dərc edib. İndi isə, casuslar ofrouderin arxa hissəsini və interyerini çəkməyə müvəffəq olublar. Şəkillərdə rəqəmsal cihazlar paneli və üfüqi yönümlü mərkəzi taçskrin diqqəti çəkir. Yeniliyin istehsalına bu ilin sonuna qədər start verilməlidir.

Casus şəkillərindən də göründüyü kimi, yeni Jeep Cherokee sələflərinin hamar cizgilərindən imtina edərək daha “kvadrat” hala gəlib. Şirkətin artıq nümayiş etdirdiyi ön hissə 2025-ci ilin sonunda istehsalına başlanacaq Recon 4xe elektromobilinə nəzər salınmaqla dizayn edilib.

İnteryer dizaynı bir il əvvəl təqdim olunan Wagoneer S ofrouderinin tərtibatına bənzəyir. Göründüyü kimi, Cherokee multimedia sisteminin eyni 12,3-düymlük ekranına sahib olub. Onun altında iqlimə nəzarət sistemini idarə etmək üçün nəzərdə tutulmuş sensorlu düymələr sırası, daha aşağıda isə, bir cüt USB-C portu olan sürücü köməkçisinin idarəetmə paneli var.

Mərkəzi tuneldə, Wagoneer S modelində olduğu kimi, iki stəkan tutacağı, şayba-selektor və hərəkət rejimlərinin açarı var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cherokee, Dodge Charger ilə paylaşacağı Stellantis STLA Large platformasına əsaslanacaq. Gözlənilənlərin əksinə olaraq, elektrikləşdirilmiş güc aqreqatlarından əlavə, ofrouder sırf benzin mühərriklərini də saxlayacaq.

Jeep yeni Cherokee modelinin təchizatı haqqında təfərrüatları yaxın aylarda, ofrouderin rəsmi premyerası zamanı açıqlamalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.