Əslində, bu avtomobil ilk dəfə 2023-cü ilin yazında, Skoda model xəttinin elektrikləşdirilməsi strategiyasının təqdimatı zamanı elan edilib. Universal şərti Skoda Combi adı ilə işarələnib və ən sadə renderlərdə nümayiş etdirilib. Növbəti iki il ərzində layihə haqqında heç nə eşidilməsə də, indi onun həyata keçiriləcəyi bəyan edilib.

Octavia Combi
Skoda Vision O adlanan konsept avtomobili artıq tam elektrik ötürməsi ilə hərəkətə gələcək yeni nəsil Octavia modelinin prototipi hesab olunur. Hələlik yalnız yeniliyin tündləşdirilmiş profili təsvir edilən tizer dərc olunub. Bununla belə, konseptin iki il əvvəlki Combi renderlərində göstərildiyindən fərqləndiyini aydın şəkildə görünür. Yeniliyin dizaynı müasir Skoda modellərində istifadə edilən firma Modern Solid üslubunda hazırlanacaq: bu üslubun əsas xüsusiyyətləri iki mərtəbəli ön optika və ön tərəfin bütün eni boyunca uzanan qara zolaqdır.

Skoda Vision O
Başqa təfərrüatlar yoxdur. Əvvəllər şirkət 4,7 metrlik elektrik universalının 600 kilometrə qədər yürüş ehtiyatına malik olacağını, habelə arxa və tam ötürmə arasında seçim təklif edəcəyini bildirmişdi. Elektrik universalları mövcud olan yanacaqlı Octavia modeli ilə paralel olaraq satılacaq. Böyük ehtimalla, sonuncunun istehsal dövrü daha bir restaylinq ilə uzadılacaq. Skoda Vision O konseptinin premyerası sentyabrda Münhendə keçiriləcək IAA sərgisində baş tutacaq, onun seriya versiyası isə, 2026-cı ildə satışa çıxmalıdır. Bununla belə, liftbək kuzovlu versiya barədə heç bir açıqlama verilmir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.