Bu ilin yazında Volvo şirkəti XC70 modelini canlandıracağını bəyan edib. Əgər 2003-2016-cı illərdə bu indeks benzin və ya dizel mühərriki ilə təchiz edilmiş klirensi artırılmış universallara aid idisə, indi Volvo XC70 modeli Çində hazırlanmış və bu ölkədə satılacaq, paralel-ardıcıl hibrid sistemi ilə təchiz edilən ənənəvi krossoverdir. Bu gün yeni modelin rəsmi təqdimatı məhz Səma İmperatorluğunda keçirilib.

Yeni XC70 modelinin dizaynı son Volvo avtomobilləri üçün xas olan üslubda hazırlanıb, lakin “Torun çəkici” formasındakı gündüz hərəkət işıqları artıq əsas faralardan ayrıdırlar: yığcam martisa blokları aşağıda, ön bamperdə yerləşirlər. Krossoverin elektromobillərdəki kimi bağlı ön paneli var, lakin onun altında lazım olduqda açılan aktiv hava çəpərcikləri var.

XC70 krossoverinin uzunluğu 4815 millimetrdir, yəni o, XC60 modelindən 107 millimetr uzun, XC90 modelindən isə, 138 millimetr qısadır. “Yetmişin” eni 1890, hündürlüyü - 1650, təkər bazası isə, 2895 millimetrdir. Volvo XC70 çərçivəsiz qapılara və 19-21 düymlük təkər disklərinə malikdir.

İnteryerdə cihazlar panelinin (12,3 düym) və media sistemin (15,4 düym) ayrıca ekranları olan ənənəvi sxemdən istifadə olunub. Tamamlanmış reallıqlı proyeksiya displeyi də var. Fiziki düymələrin sayı, hətta iki qollu sükan da daxil olmaqla, minimuma endirilib.

Ancaq orijinal ideyalar da var: mərkəzi konsol simsiz enerji doldurmanın rəfinə çevrilib və dirsəkaltı-boks ilə çəkilən "körpü" ilə birləşdirilir. O, aşağı səviyyəyə girişi asanlaşdırmaq üçün çıxarıla da bilər. 

Qabaqcıl Harman / Kardon audio sistemi (23 dinamik) əlavə ödəniş qarşılığında əlçatandır. Əlbəttə ki, avtopilot funksiyası olan firma kruiz kontrolu və qabaqcıl avtoparçı da var. Bundan əlavə, Volvo uzaqdan yeniləmələrin köməyi ilə onun funksionallığını daha da genişləndirməyi vəd edir.

Krossover kütləvi CMA (Scalable Modular Architecture) platformasının uzadılmış versiyası olan SMA (Scalable Modular Architecture) modul platformasında inşa edilib. Xatırladaq ki, bu platformadan 2023-cü ilin Lynk & Co 08 modelində də istifadə olunur. 

Kapotun altında 163 at qüvvəsi və 255 Nm fırlanma anı hasil edən 1,5-litrlik turbomühərrik yerləşir. O, 82 at qüvvəli generatorun köməkliyi ilə batareyanı doldurmaqla yanaşı, həm də 3-pilləli 3DHT transmissiyası vasitəsilə ön təkərlərə qoşulur.

Bununla belə, əsas dartma qüvvəsini elektrik mühərrikləri təmin edirlər. Baza versiyasında ön oxda bir (145 at qüvvəli) elektrik mühərriki yerləşir, sistemin ümumi gücü 318 at qüvvəsi təşkil edir. 

Boş çəkisi 2110 kiloqram olan hibrid 100 km/saata 8 saniyəyə sürətlənir. Arxa oxda əlavə mühərriki (212 at qüvvəli) olan tam ötürməli versiya da mövcuddur. Belə qurğununn ümumi gücü 462 at qüvvəsi təşkil edir. 2275 kiloqram çəkisi olan krossover 100 km/saatı 5,3 saniyəyə toplayır. Maksimal sürət, bütün müasir Volvo modelləri kimi, 180 km/saatda məhdudlaşdırılıb.

Ön ötürməli versiyaların dartma batareyası 21,2 kilovat/saatlıq tutuma malikdir və sırf elektrik ötürməsi ilə 116 kilometrlik gediş məsafəsini təmin edir. Tam ötürməli hibridlərin batareyası 39,6 kilovat/saatdır, ona görə də onların elektriklə hərəkət məsafəsi  180 kilometrə çatır, hibrid rejimdə isə, 1200 kilometrlik yürüş vəd olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

 Sürətli doldurma da nəzərdə tutulub, onun köməkliyi ilə batareyanın 0%-dən 80%-ə qədərini 23 dəqiqə ərzində doldurmaq olar. Bundan əlavə, hibrid 6 kilovata qədər gücə malik xarici istehlakçıları enerji ilə təchiz etməyə qadirdir.

Volvo XC70 krossoverlərinin istehsalı Çində təşkil olunub və satışın başlanması sentyabrın 26-na planlaşdırılıb. Başlanğıc səviyyəli versiyanın qiyməti 300 000 yuan (42 000 dollar), tam ötürməsli versiyanın isə, 330 000 yuan (46 000 dollar) olacaq. Yeni XC70 gələcəkdə digər bazarlarda da satış debütü də bilər, lakin konkret planlar hələlik açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.