Yenilənmiş Audi A3 hetçbek və sedanları cari ilin yazında debüt ediblər və bundan sonra şirkət mütəmadi olaraq bazara müxtəlif versiyaları çıxarır. Məsələn, iki ay əvvəl “bərkgedən” Audi RS 3 modelləri yeniləniblər. İndi isə, yenilənmiş ailə təyinat baxımından “bərkgedən” modellərə əks olan modifikasiyalarla - qənaətcil və ekoloji cəhətdən təmiz hibridlərlə tamamlanıb. Qeyd etmək gərərkdir ki, plagin hibridlər yalnız hetçbek kuzovu ilə təklif edilirlər.

MQB platformasındakı digər plug-in hibridlərindən sonra, Audi A3 ailəsi də yeni nəsil güc aqreqatına keçib. Əvvəllər kapotun altında 1,4 TFSI turbomühərrik quraşdırılırdısa, indi 1,5 TFSI evo2 mühərrikindən istifadə olunur.

O, qənaətcil Miller dövrü ilə işləyir, dəyişən həndəsəli istiqamətləndiricisi olan turbokompressora və 11,5:1 yüksək həndəsi sıxılma nisbətinə malikdir. Bütün bunlar mühərrikin səmərəliliyinə yaxşı təsir göstərir və yanacaq sərfiyyatını azaldır. 

Əvvəlki kimi, seçim etmək üçün iki hibrid variant var, lakin əvvəllər hər iki hibrid güc aqreqatı da 150 at qüvvəli benzin mühərrikinə malik idisə, indi onun gücü fərqlidir (150 və ya 177 at qüvvəsi), baxmayaraq ki, hər iki halda fırlanma anı eynidir (250 Nm).

Daxili yanma mühərriki ilə birlikdə, maksimal hasilatı 116 at qüvvəsi və 330 Nm (109 at qüvvəsi və 330 Nm idi) olan sinxron elektrik mühərriki çalışır. İndi o, elektrik yağ nasosu və gücləndirilmiş podşipnikləri olan altı pilləli iki muftalı transmissiyaya inteqrasiya olunub. 

Ötürmə - yalnız ön təkərlərədir. Başlanğıc 40 TFSI e versiyası əvvəlki kimi 204 at qüvvəsi və 350 Nm-ə malikdir ki, bu da 100 km/saata 7,4 saniyəyə sürətlənməyə kifayət edir. Maksimal sürət - 225 km/saatdır.

Audi A3 45 TFSI e versiyası isə, 272 at qüvvəsi və 400 Nm-ə (əvvəllər 245 at qüvvəsi və 400 Nm) malikdir və onun 100 km/saata sürətlənməsi 6,3 saniyə çəkir (əvvəlki modeldən yarım saniyə tez), maksimal sürət isə, 237 km/saata çatır. Bundan əlavə, hər iki hibrid təmiz elektrik enerjisi ilə 140 km/saat həddinə qədər sürətlənmə qabiliyyətinə malikdir.

Prizmatik hüceyrələri olan yeni dartma batareyasının peyda olması heç də az əhəmiyyət kəsb etmir. Onun effektiv tutumu 10,4 kilovat/saatdan 19,7 kilovat/saata (tam tutumu - 25,7 kilovat/saat) yüksəlib, beləliklə, elektrik dartması ilə qət edilən məsafə isə, iki dəfədən çox - 67-dən 143 kilometrə qədər artıb.

DC şarj cihazı 11 kilovata hesablanıb, sürətli terminallardan maksimum şarj gücü 50 kilovatdır, rekuperasiya isə, 43 kilovata qədər şarj gücü verir. Onun səviyyəsi sükanaltı dəstəklət vasitəsilə tənzimlənir, lakin tək pedallı idarəetmə rejimi yoxdur. MMI mediasistemində hibridlər üçün xüsusi telemetriya mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropada yenilənmiş təkrar doldurulan Audi A3 Sportback hibridinə sifarişlər artıq qəbul olunur. Almaniyada 40 TFSI e versiyasının qiyməti 44,200 avrodan başlayır, daha güclü 45 TFSI e versiyası üçün isə, ən azı 47,700 avro tələb olunur. Müqayisə üçün: adi Audi A3 hetçbekinin qiyməti 31 300 avrodan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.