Debütündən üç il sonra, Audi e-tron GT elektrik sedanı planlaşdırılmış yeniləmədən keçib. Təkmilləşdirmələrin əksəriyyəti qışda yenilənən Porsche Taycan elektromobilindən götürülüb, çünki bu avtomobillər ümumi platforma və texnologiyanı bölüşür, amma ilk növbədə dizayn və tənzimləmələrlə fərqlənirlər.

Audi S e-tron GT, RS e-tron GT və RS e-tron GT performance

Görünüş nöqtə-nöqtə dəyişdirilib. Yenilənmiş hava girişləri və azaldılmış parlaq qara elementləri olan yeni ön bamper peyda olub. RS e-tron GT versiyası arxada iri diffuzoru olan inkişaf etmiş kuzov dəsti sayəsində daha da aqressiv görünür.

Çeşidin zirvəsində isə, əlavə ödəniş müqabilində karbon dekor və tutqun rəngli dam ilə təklif edilən yeni RS e-tron GT performance modifikasiyası yerləşir. Kuzov rənglərinin palitrasına və təkər disiklərinin dizaynına yenidən baxılıb. Məsələn, 1991-ci ilin Audi Avus konseptinin üslubunda 21-düymlük təkər diskləri peyda olublar.

Audi S e-tron GT, RS e-tron GT və RS e-tron GT performance

İnteryerdə yenidən işlənmiş oturacaqlar, yuxarı və aşağı hissəsi “kəsilmiş” sükan çaarxı və yeni dekorativ bəzəklər var. Məsələn, tutqun karbondan bəzəklər sifariş üçün əlçatandırlar, RS versiyaları üçün isə, işıqlandırmadan asılı olaraq öz çalarını dəyişən antrasit Vanadium dekoru təklif edilir.

Əsas tərtibat materialları, müvafiq olaraq, 45% və 35% təkrar emal edilmiş materiallardan ibarət olan Dinamica mikrofiberi və Cascade parçsıdır. Döşəmə həsirləri Econyl materialından, yəni təkrar emal edilmiş zibil və sənaye tullantılarından hazırlanır. Opsional olaraq, elektron idarələnən və özü tündləşən panoram dam təklif edilir.

Audi S e-tron GT

239 at qüvvəli ön mühərrik dəyişməyib, lakin yeni arxa sinxron mühərrik peyda olub. Onun nominal gücü 564 at qüvvəsidir, maksimal gücü isə, versiyadan asılıdır. Audi S e-tron GT adlanan baza sedanın ümumi gücü 679 at qüvvəsidir (əvvəl - 530 at qüvvəsi), RS modifikasiyası isə, 856 at qüvvəsi (əvvəl - 646 at qüvvəsi) ilə öyünə bilər.

Nəhayət, ekstremal RS e-tron GT performance sedanı heyranedici 925 at qüvvəsi ilə tarixdəki ən güclü Audi avtomobili olub! Bununla belə, subordinasiya qorunub saxlanılıb - 1108 at qüvvəli Porsche Taycan Turbo GT də hələ də əlçatmazdır.

Audi S e-tron GT

Əlbəttə ki, artan güc elektromobillərin dinamikasına təsir edib. S indeksli baza sedanı 100 km/saat həddinə yenilənmədən əvvəlki modeldəki 4,1 saniyə əvəzinə 3,4 saniyəyə sürətlənir. RS versiyası isə, bu işə 2,8 saniyə (əvvəl 3,3 saniyə) sərf edir.

Yüksək səviyyəli RS performance modeli 100 km/saata 2,5 saniyəyə sürətlənir. Başlanğıc modelin maksimal sürəti 245 km/saatdır, hər iki RS sedanı isə, 250 km/saata sürətlənə bilir.

Audi RS e-tron GT performance

Artıq bazada iki kameralı dayaqları olan yeni pnevmatik asqı quraşdırılıb. Əyləclər daha böyük mexanizmləri və diskləri alıblar, RS versiyalarında isə, əyləc diskləri volfram karbid ilə örtülüb və əlavə ödəniş müqabilində onlar karbon-keramika ilə əvəz edilə bilərlər.

Audi e-tron GT sedanının bütün versiyaları indi ümumi tutumu 105 kilovat/saat olan yeni 800 voltluq akkumulyatora malikdirlər ki, bunun da 97 kilovat/saatı əlçatandır (əvvəllər müvafiq olaraq 93,4 və 83,7 kilovat/saat). O, artıq yenilənmiş Taycan sedanından tanışdır və çəkisi 9 kiloqram azaldılıb (indi 625 kiloqram). 

Rekuperasiyanın gücü 290-dan 400 kilovata qədər artırılıb və yeni güc elektronikası 2,3 kiloqram yüngülləşib və 400 amperə qədər cərəyanla işləyə bilir. DC şarjın gücü də 270-dən 320 kilovata qədər artırılıb ki, bu da 18 dəqiqə ərzində yürüş ehtiyatını 10%-dən 80%-ə qədər artırmağa imkan verir.

Cəmi 10 dəqiqə ərzində 280 kilometrlik yürüş məsafəsini əldə etmək olar. Sedanın maksimal mənzili WLTP dövrünə əsasən 609 kilometrdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Audi e-tron GT elektromobillərini artıq Almaniyada sifariş etmək mümkündür. S e-tron GT baza versiyasının qiyməti 126 min avrodan, RS e-tron GT versiyasının isə, 147,5 min avrodan başlayır. Nəhayət ən güclü seriya Audi avtomobili üçün isə, 160,5 min avro ödəmək gərəkdir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.