Beşinci nəsil Kia Sportage krossoveri üç il əvvəl təqdim edilib, ona görə də artıq planlaşdırılmış restylinqin vaxtı gəlib çatıb. Yenilənmə parlaq və cəlbedici, lakin mübahisə doğuran elementlərdən qurtulmaq devizi altında keçirilib. Yenilənmiş modelin premyerası Cənubi Koreyada baş tutub və artıq Sportage daha sanballı və böyük görünür.

Əsas dəyişikliklər ön tərəfdə cəmlənib. Krossover gündüz hərəkət işıqlarının bumeranqlarından və oxşar formalı faralardan məhrum edilib, yeni işıqlandırma texnologiyası daha ciddi şaquli istiqamətə malikdir. Radiator barmaqlığı və ön bamperin tərtibatı yenidən işlənib.

Arxa işıqlar öz formasını saxlasalar da, onların içliyi və naxışı dəyişdirilib. Arxa bamper də həmçinin dəyişdirilib, lakin o, boyasız plastikdən iri əlavəni saxlayıb. Kuzov rəngləri çeşidi göy Heritage və boz Wolf çalarları ilə genişləndirilib. 

17-19 düym arasında diaqonala malik olan disklər yeni dizayn ilə seçilirlər. Krossoverin uzunluğu 25 millimetr artıb (4685 millimetr). Əvvəlki kimi, çeşiddə müxtəlif bamperləri və radiator barmaqlığı olan X-Line “ofroud” variantları var.

İnteryerdə ekranların yan tərəflərindəki havalandırma sisteminin deflektorlarının “qulaqları” kimi parlaq elementlər artıq yoxdur. Ön panel daha sanballı olub, hava kanalları bir sırada düzülüblər və yeganə düzbucaqlı korpusda iki displey (hər biri 12,3 düym) quraşdırılıb. 

Rəngi interyerin ümumi çalarlarından asılı olan yeni ikiqollu sükan çarxı var. Bununla belə, ən vacib sistem genişləndirilmiş elektron köməkçilər dəstinə inteqrasiya olunmuş sükan sütununun yuxarısında quraşdırılmış kameradır.

O, sürücünün vəziyyətini izləməyə cavabdehdir. İstifadəçinin barmaq izi ilə tanınması da təmin edilir. Hərəkət rejimlərinin siyahısı uşaq rejimi ilə tamamlanıb: o, balaca sərnişinləri narahat etməmək üçün akseleratorun basılmasına reaksiyanı mümkün qədər hamarlaşdırır.

2.0-litrlik turbodizel Koreya bazarındakı mühərrik çeşidindən çıxarılıb, onun əvəzinə qazla işləyən 2.0 LPG atmosfer mühərriki (146 at qüvvəsi) təklif olunur. 1.6 T-GDI benzin turbomühərriki (180 at qüvvəli) ilə təchiz edilən, habelə eyni mühərrikə və 65 at qüvvəli elektromotora (sistem pik gücü - 230 at qüvvəsidir) malik olan hibrid versiya saxlanılıb.

Qaz və hibrid versiyaları altı pilləli avtomatik transmissiya ilə təklif edilir, sırf benzinlə işləyən Sportage 1.6 T-GDI isə, robotlaşdırılmış preselektiv ötürmələr qutusunu klassik səkkiz pilləli avtomatik transmissiya ilə əvəz edib. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tam ötürmə benzin və hibrid avtomobillər üçün opsiyadır və bütün versiyalar standart olaraq ön ötürməlidirlər. Daha çox rahatlıq üçün ön asqıda yenidən kalibrlənmiş amortizatorlar quraşdırılıb, qanadların astarları, orta sütunlar və qapı panellərinin səs izolyasiyası yaxşılaşdırılıb.

Cənubi Koreyada yenilənmiş Kia Sportage krossoverlərinə sifarişlər artıq qəbul olunur. Benzin versiyaları 28,4 milyon vondan (20,600 dollar), qaz versiyaları 29 milyon vondan (21,000 dollar), hibrid versiyalar isə, 34,6 milyon vondan (25,100 dollar) başlayır. Gələcəkdə digər bazarlar üçün nəzərdə tutulmuş Sportage modelləri də yenilənəcək: məsələn, Amerikada krossoverin özünəməxsus çeşidi var, Avropada isə, qısaldılmış versiya istehsal olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.