Porsche 911 ailəsi üçün planlaşdırılan yenilənmə dövrü keçən ilin yazında ilk hibrid versiyanın debütü ilə başlayıb. Ən ekstremal GT variantları adətən sonuncu təkmilləşdirilənlər olurlar, lakin bu dəfə Porsche ənənəni pozub: Porsche 911 GT3 kupesi üstünlük qaydasında yenilənyib. Məsələ ondadır ki, GT3 versiyasının bu il 25 yaşı tamam olur və şirkət üçün bu əlamətdar tarixi 2024-cü ilin sonuna qədər qeyd etmək çox vacibdir.
Porsche 911 GT3 və Porsche 911 GT3 Touring dəsti ilə
Ancaq modernləşmə o qədər də dərin deyil. Bəzi hallarla hətta məcburidir. Əsas odur ki, 4,0-litrlik oppozit atmosfer mühərriki qorunub saxlanılıb! O, əvvəlki kimi, karterin quru yağlanmasına malikdir və 9000 dövr/dəqiqəyə qədər sürətlənə bilir.
Yeni yağ soyuducuları meydana çıxıb, qəbuledici sistem dəyişdirilib və GT3 RS versiyasından alınmış “qəzəbli” paylayıcı valları quraşdırıldı.
Porsche 911 GT3
Lakin əlavə olaraq, mühəndislər mühərriki daha sərt Euro 6e ekonormlarına uyğunlaşdırmaq məcburiyyətində olublar, ona görə də indi onun iki hissəcik filtri və dörd katalitik neytralizatoru var.
Güc (510 at qüvvəsi) saxlanılsa da, fırlanma anı azalıb: yenilənmədən əvvəlki kupedəki 470 Nm əvəzinə 450 Nm. Yeddi pilləli PDK “robotu” ilə altı pilləli mexaniki transmissiya arasındakı seçim də saxlanılıb.
Porsche 911 GT3
Əlavə ekoloji düzəldilmələr avtomobilin çəkisinə də təsir göstərib: üstəgəl 44 kiloqram! İndi üç pedallı standart kupenin təchiz edilmiş haldakı çəkisi 1462 kiloqram, iki pedallı versiyanın isə, 1479 kiloqramdır. Bütün itkiləri kompensasiya etmək üçün əsas cütlüyün ötürmə nisbəti 8% qısaldılıb (ötürmə əvvəlki kimi yalnız arxa oxadır).
Bu, dinamik parametrləri saxlamağa kömək edib: mexaniki transmissiyalı Porsche 911 GT3 modeli 100 km/saata 3,9 saniyəyə, “robota” malik olan isə, 3,4 saniyəyə sürətlənir. 200 km/saat sürətlənmə də zərər görməyib (11,9 və 10,8 saniyə), lakin maksimal sürət 7 km/saat azalıb: indi, müvafiq olaraq, 313 və 311 km/saat təşkil edir.
Porsche 911 GT3
Mühəndislər üçün başqa işlər də tapılıb. Məsələn, ön ikiqollu asqıda, forması aerodinamika üçün optimallaşdırılmış yeni alt qollar peyda olublar: onlar yerəsıxma qüvvəsi əlavə edirlər! Daha sərt kürəvi oynaqlı birləşmələr GT3 RS versiyasından götürülüb.
Sükan mexanizmi bir az qısa və daha dəqiq olub. Nəhayət, bamperlərin formasına və müxtəlif aerodinamik elementlərə (məsələn, arxa antiqanadın yan stabilizatorları) yenidən baxılıb. Yeni işıqlandırma texnologiyası yenilənmiş 911 modelləri üçün eynidir.
Porsche 911 GT3
Böyük displeyli və analoq taxometri olmayan yeni cihazlar paneli də Carrera versiyasından götürülüb. Lakin GT3 versiyasının cihazlar panelinin özünəməxsus qrafiksı var. Məsələn, çəkilmiş taxometr şkalası elə döndərilə bilər ki, 9000 övr/dəqiqə işarəsi qəti şəkildə yuxarıda olsun.
Lakin mühərriki işəsalma düyməsi GT3 modelinə köçürülməyib - kanonik fırlanan dəstək yerini qoruyub. Yeni opsiya - hündürlüyün elektrik tənzimlənməsi, qızdırılması və baş dayağını çıxarıla bilən hissəsi olan yüngül karbonplastik oturacaqlardır (yarış dəbilqəsi geyinən zaman çıxarıla bilər).
Porsche 911 GT3 sportkarı Touring dəsti ilə
Əvvəllər olduğu kimi, oturacaqların arxasındakı polad yarımqəfəsi, altı nöqtəli təhlükəsizlik kəmərlərini və yanğınsöndürəni ehtiva edən Clubsport paketini sifariş etmək mümkündür. Weissach paketi də GT3 versiyası üçün ilk dəfə təklif olunur.
Buraya yüngül karbonplastik elementləri (dam paneli, güzgü korpusları və sairə), əlavə gücləndiricilər və yarımqəfəs daxildir. Əlavə opsiyalar tamamailə karbonplastikdən hazırlanmış təhlükəsizlik qəfəsi və maqnezium ərintisindən hazırlanan yüngülləşdirilmiş disklər daxildir.
Porsche 911 GT3 modelinin xüsusi versiyası - Touring paketi ilə təklif olunan versiyadır. Arxa antiqanadın əvəzinə yığcam irəli çıxan spoyler quraşdırılıb, yan şüşələr cilalanmış moldinq-haşiyələr ilə bəzədilib, salonda isə, zamşa əvəzinə dəri var.
Ancaq burada iki vacib yenilik var. Birincisi, belə bir kupedə ilk dəfə olaraq adi arxa oturacaqları sifariş etmək mümkündür (bunu müştərilər xahiş ediblər!). İkincisi, karbonplastikdən panelləri və xarici elementləri olan yüngül Leichtbau paketi təklif olunur (onlar kuzov rənginə boyanırlar).
Maraqlıdır ki, Touring paketi olan avtomobillər standart olaraq mexaniki ötürmələr qutusu ilə təklif edilirlər, adi GT3 isə, standart olaraq “robot” ilə təchiz edilir, baxmayaraq ki, hər iki halda transmissiya seçilə bilər.
Yenilənmiş Porsche 911 GT3 modelinə sifarişlər ilin sonunda qəbul ediləcək. Lakin baza qiyməti artıq məlumdur: Almaniyada kupenin qiyməti 209 min avrodan başlayır. Üstəlik, Touring paketi üçün əlavə ödəniş tələb olunmur.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.