Seat Ibiza və Arona modelləri 2017-ci ildə bir neçə ay aralıqla debüt ediblər. Bununla birlikdə, hər iki modelin yenilənməsi eyni vaxtda keçirilib: şirkət krossoverin restaylinqini təxirə salmamaq qərarına gəlib, çünki Avropada əsas tələbat məhz bu cütlüyədir. Keçən il Köhnə Dünayada İbiza 63 min, Arona isə 81 min nüsxə ilə satılıb. Qeyd etmək lazımdır ki, krossoverin yenilənməsi proqramı daha geniş olub.
Seat Ibıza
Məsələn, Seat Ibiza hetçbeki zahiri cəhətdən demək olar ki, dəyişməyib. Hətta, radiator barmaqlığının naxışı visual olaraq əvvəlkindən fərqlənmir. Ancaq Seat Arona krossoveri dəyişdirilmiş bamperləri alıb və buna görə də onu yenilənmədən əvvəlki avtomobildən ayırmaq daha asandır. Hər iki model yeni təkər diskləri çeşidinə sahib olub, arxadakı adlar isə “əl ilə” (digər Seat modelləri kimi) yazılıb və gündüz hərəkət işıqlarının çərçivəsi olan LED fənərlər artıq standart təchizata daxildirlər.
Seat Ibıza
Bundan başqa, "zəngin" Xcellence komplektasiyasının əvəzinə müvafiq ziddiyyətli dekora sahib olan Xperience "off-road" versiyası təklif edilir. Ən əsası isə, belə krossover üçün başqa ön bamper (əlavə ödəniş qarşılığında) təklif olunur. Bu bamperin dairəvi duman fənərlər alt hissədən, Cupra Formentor modelində olduğu kimi, genişlənmiş radiator barmaqlığına yaxınlaşdırılıb. İddialara görə, belə Arona modeli daha brutal görünür.
Seat Ibıza
Havalandırma sisteminin mərkəzi deflektorları yerlərini media sisteminin ekranı ilə dəyişdiriblər: indi bu ekran ön panelə bərkidilmiş ayrıca “planşet" şəklindədir. Konfiqurasiyadan asılı olaraq, diaqonalı 8.25 və ya 9.2 düym olan sensorlu ekranları təklif edilirlər. Bundan başqa, modellərin təchizatına daxil edilmiş səslə idarəetmə funksiyası "Hola hola" ifadəsi ilə aktivləşdirilir. Seçimlər arasında virtual cihazlar paneli də var: Volkswagen konserninə daxil olan markalar üçün ümumi olan 10.25-düymlük panel özünəməxsus qrafikaya malikdir.
Seat Arona FR
Köməkçi elektronika da təkmilləşdirilib. Yeni Travel Assist paketi adaptiv kruiz-kontrolu, avtomatik əyləcləri və zolaqda saxlama funksiyasını, habelə və yol nişanının tanınmasını ehtiva edir. Bu sahədə də Arona modeli üstünlüyə malikdir: avtomatik parklama sistemi yalnız krossoverə qismət olub.
Seat Arona FR
İbiza və Arona əvvəllər də eyni interyerə sahib idilər. Yenilənmə zamanı dizayerlər parlaq elementləri əlavə edərək əvvəlki ciddi interyeri bir qədər “şənləndiriblər”. Məlum məsələdir ki, tərtibat materiallarının keyfiyyəti də artırılıb. Məsələn, yan havalandırma deflektorları artıq yuvarlaq formaya (düzbucaqlının əvəzinə) malikdirlər və əlavə ödənişlə kontur işıqlandırmasını sifariş etmək olar.
Seat Arona
Keçən il Ibiza və Arona modellərinin mühərrik çeşidi ciddi şəkildə yenilənib. Dizel mühərrikləri çeşiddən çıxarılıblar. Buna görə də mövcud modernizasiya texniki hissəyə təsir etməyib. Seat Ibiza hetçbekinin baza veriyası 80 at qüvvəli 1.0-litrlik atmosfer mühərriki və beş pilləli mexaniki ötürmələr qutusu ilə təchiz olunur, lakin bu tandem Arona krossoveri üçün nəzərdə tutulmayıb. Hər iki modelin digər güc aqreqatları ümumidir.
95 at qüvvəli 1.0-litrlik turbomühərrik beş pilləli mexaniki transmissiya, 110 at qüvvəli variant isə altı pilləli mexaniki ötürmələr qutusu və ya yeddi pilləli DSG “robotu” ilə təchiz edilir. Qazla işləyən 90 at qüvvəli 1.0-litrlik TGI mühərriki olan avtomobillər yalnız mexaniki transmissiya ilə təklif edilirlər. Çeşidin zirvəsində DSG “robotu” ilə tandemdə çalışan 150 at qüvvəli 1,5-litrlik dördsilindrli turbomühərrik yerləşir. Ötürmə, əvvəlki kimi, yalnız ön oxadır.
Yenilənmiş Seat Ibiza və Seat Arona modellərinin Avropa bazarındakı satışlarına yayda başlanacaqdır. Seat markası bir neçə il bundan əvvəl Azərbaycan bazarını tərk edib. Görünən odur ki, ispanların bizim bazara qayıtmaq planları yoxdur.