Bu avtomobilin ilk nümayişi aprel ayında keçirilmiş Şanxay avtosalonunda baş tutub və Zeekr 9X demək olar ki, bu sərginin ən çox müzakirə olunan eksponatına çevrilib. O zaman yenilik bağlı qapılar, tündləşdirilmiş şüşələr və minimal məlumat müşayəti ilə nümayiş etdirilib. İndi isə, Çində bu avtomobil barədə təfərrüatların açıqlandığı ayrıca təqdimat keçirilib.

Dizayn və aristokratik nisbətlər baxımından Rolls-Royce Cullinan ilə oxşarlıq dərhal diqqəti çəkir. Bununla belə, Zeekr 9X modeli Rolls-Royce krossoverindən bir qədər kiçikdir. Onun uzunluğu 5239, eni – 2029, hündürlüyü isə, 1819 millimetrdir.

Təkər bazası baxımından da, Zeekr krossoveri Cullinan modelindən geri qalır: 3295-ə qarşı 3169 millimetr. Çin krossoverinin arxa qapıları Rolls-Royce modelindəki kimi hərəkət istiqamətinin əksinə deyil, ənənəvi şəkildə açılırlar. Amma baqaj qapısı iki hissəlidir – aşağı açılan və yuxarı qalxan hissəsi ilə.

Zeekr krossoverinin aparıcı kuzovunun 60 faizi yüksək möhkəmlikli poladdan, qalan 30 faizi isə, Tesla və Xiaomi şirkətlərindəki kimi, təzyiq altında tökmə üçün uyğun gələn alüminium ərintisindən hazırlanır.

Kuzovun burulmaya qarşı sərtliyi çox layiqlidir -  41600 Nm/dərəcə. Standart təkər disklərinin ölçüsü 22 düymdür, lakin bir neçə dizayn variantından seçim təklif edilir. Eksteryerin tərtibatı da fərqli ola bilər - xrom və ya parlaq qara.

Dəbdəbəli krossoverin ilk dəfə nümayiş olunan interyerini nisbətən ənənəvi adlandırmaq olar – şübhəsiz ki, Çin standartlarına görə.  Üstəlik, burada analoq düymələri və tutacaqlar, cihazlar panelinin günəşliyi olan displeyi var, media sistemin mərkəzi displeyi isə, ön panelin yarısını tutmur. Tərtibat üçün əsl dəri, ağac şponu və alüminiumdan istifadə olunur.

Salonda üç oturacaq cərgəsi və altı yer var. Birinci və ikinci sıralarda qabaqcıl elektrik tənzimləmələri, isitmə, havalandırma və masaj funksiyaları ilə təchiz edilmiş, demək olar ki, eyni oturacaqlar var. 

Üçüncü sırada hər şey daha sadədir. Tavanda qatlanan displey quraşdırılıb və mərkəzi sütunların arxasındakı bütün pəncərələr (beşinci qapının şüşəsi də daxil olmaqla!) elektrikli pərdələr ilə təchiz olunub.

İndiyə qədər Zeekr brendi altında yalnız elektromobillər buraxılıb, 9X krossoveri isə, bu markanın ilk hibriddir. Özü də, ardıcıl-paralel sxemə malik olan. Kapotun altında Volvo tərəfindən hazırlanmış, 279 at qüvvəli 2,0-litrlik turbomühərrik var və o, generator rejimində işləməklə ilə yanaşı, 3-pilləli avtomatik transmissiya vasitəsilə ön təkərlərə də qoşula bilər.

Bununla belə, Zeekr 9X əksər hallarda elektrik dartma sistemi ilə hərəkət etməlidir: ön oxda 394 at qüvvəli  bir mühərrik, arxa oxda isə, hər biri 503 at qüvvəsi hasil edən iki mühərrik quraşdırılıb.

Üçmühərrikli sistemin ümumi gücü 1400 at qüvvəsinə bərabərdir! Bu parametri çinlilər maksimal adlandırır  və Çin istehsalçılarının həmişə etdiyi kimi, ona benzin mühərrikinin gücünü əlavə etmirlər.

Zeekr 9X krossover 900 voltluq elektrik sisteminə və 70 kilovat/saat tutumu olan dartma batareyasına malikdir ki, bu da hibrid üçün heç də az sayılmır. Tam dolu batareya və srf elektrik dartması ilə 380 kilometrlik (CLTC dövrünə görə) yürüş vəd olunur, hibrid rejimində isə, bu göstəricinin 1000 kilometrin üzərində olduğu bildirilir.

Sabit cərəyanlı (SC) şarj 6C standartına cavab verir: batareyanı 20%-dən 80%-ə qədər doldurmaq üçün cəmi doqquz dəqiqə gərəkdir! Avtomobilin çəkisi hələlik dəqiqləşdirilməyib, lakin 100 km/saata sürətlənmənin 3,1 saniyə çəkəcəyi elan edilib. Maksimal sürət 240 km/saatdır.

Krossoverin ikiqollu ön asması və çoxqollu arxa asması olan şassiyə malikdir. Bütün təkərlərdə iki kameralı pnevmatik dayaqlar, habelə sıxılma və geri qaytarma klapanlarının ayrıca tənzimlənməsi olan adaptiv amortizatorlar quraşdırılır.

Krossoverin klirensi 178 ilə 288 millimetr aralığında dəyişdirilə bilər. Üstəlik, aktiv stabilizatorlar quraşdırılıb: onlara quraşdırılmış 48 voltluq elektrik mühərrikləri cəmi 0,2 saniyəyə 1400 Nm-ə qədər gücü hasil etdirə bilərlər.

Onlar həmçinin Audi A8 modelindəki kimi, passiv təhlükəsizlik funksiyasını həyata keçirməyə imkan verirlər: elektronika yan tərəfdən gələn toqquşma təhlükəsini aşkar edərsə, stabilizatorlar avtomobilin istənilən tərəfini 0,7 saniyəyə qaldıracaq ki, bu da zərbəni salon qəfəsinin aşağı hissəsinə yönəldərək, onun deformasiyasını təxminən dörddə bir dəfə azaldacaq.

Nəhayət, Zeekr 9X modeli 1400 TOPS tutumlu (saniyədə trilyon əməliyyat) ən son Nvidia Drive Thor-U mikroçipinə əsaslanan qabaqcıl avtopilotla təchiz olunur. Sistemin tərkibinə beş lidar daxildir - dörd periferik və bir əsas frontal. +

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, Zeekr 9X modeli 1400 TOPS tutumlu (saniyədə trilyon əməliyyat) ən son Nvidia Drive Thor-U mikroçipinə əsaslanan qabaqcıl avtopilotla təchiz olunur. Sistemin tərkibinə beş lidar daxildir - dörd periferik və bir əsas frontal. Bu lidarın eyni anda 520 şüaya sahib olan və 300 metrə qədər “vuran” dünyanın ilk seriya lidarı olduğu bəyan edilib. Sistemin tərkibinə həmçinin 13 ədəd kamera, 12 ədəd ultrasəs radarı və 5 ədəd millimetrlik radar daxildir. Avtopilotun üçüncü avtonomluq səviyyəsinə malik olduğu bildirilir.

Çində Zeekr 9X krossoverlərinə sifarişlər avqustda açılmalıdır, ona görə də qiymətlər hələlik açıqlanmayıb. İlkin məlumata görə, qiymət bir milyon yuanı (139 min dollar) keçməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.