Ölkədə internet məhdudiyyətləri ləğv olunandan dərhal sonra Azərbaycan avtomobil dilerləri Assosiasiyası (AADA) öz növbəti video-konfransını həyata keçirib. İctimai birliyin sədri Natiq Zərbəliyev konfrans iştirakçılarını şanlı qələbə münasibətilə təbrik edərək, bütün Azərbaycan xalqının misli görünməməiş birlik nümayiş etdirdiyi şəraitdə assosiasiya üzvləri də Silahlı Qüvvələrə Yardım Fonduna çoxsaylı ianələr edərək, ümumi zəfərə öz tövhələrini verdiyini vurğulayıb. Çıxış edən konfrans iştirakçıları Azərbaycan torpaqlarının işğaldan azad olunmasını böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını söyləyiblər, müzəffər ordumuza və Ali Baş Komandana ünvanlanmış ürək sözlərini səsləndiriblər.
Davam olaraq, AADA-ya qəbul olunmuş yeni üzvlər - SR Group, Azərbaycan Automobiles QSC və Paşa Bank ASC-nin Auto və Telekomunikasiya Bölməsi konfrans iştirakçılarına təqdim olunub. Yeni üzvlər assosiasiyanın gələcək fəaliyyətinə baxışlarını və öz iştirakları barədə arzu və təkıiflərini açıqlayıblar.
«Caucasus Motor-Show» (Qəbələ-2018)
Daha sonra konfransın gündəliyinə daxil olan məsələlər müzakirə olunub.
Hyundai Auto Az. təmsilçiləri ölkəyə saxta ehtiyyat hissələrinin idxalı və avtomobil brendlərindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasında öz müsbət təcrübəsi barədə məlumat veriblər. Qeyd olunub ki, AADA-nın digər üzvləri də belə problemlə üzləşir və bu problemin həllində bütün üzvlərin marağı olarsa, assosiasiya müvafiq hüquq və dövlət qurumları ilə koordinator rolunu icra edə bilər.
Konfransın növbəti hissəsində qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsində ölkənin avtomobil parkının yenilənməsi, köhnəlmiş nəqliyyat vasitələrinin istismardan çıxarılması son dərəcə vacib məsələdir.
«Caucasus Motor-Show» (Qəbələ-2018)
Təəssüf ki, son zamanlar külli miqdarda məhz yararsız, ekoloji baxımdan təhlükəli, hətta qəzaya uğramış avtomobillərin ökəmizə gətirilməsi müşahidə olunur. Konfrans iştirakçıları bu və avtomobil sektorunun digər mövcud problemləri ilə əldaqədar AR Nazirlər Kabineti və müvafiq hökümət qurumlarına müraciət və təkliflər ünvanlamağı qərara alıblar. Məktubun hazırlanması AADA-nın daimi katibliyinə tapşırılıb.
Son olaraq, konfrans iştirakçıları bir bir sıra təşkilati məsələləri müzakirə ediblər. İşğaldan azad olunmuş Qarabağa avtomobil yürüşü barədə fikir mübadiləsi aparılıb. Məlumdur ki, AADA-nın təşkilatçılığı ilə uzun illərdir Xəzər sahillərində (Bakı, Nabran) - «Caspian Motor-Show», Qafqaz dağlarında (Şəki, Qəbələ) - «Caucasus Motor-Show» adlı avtomobil sərgiləri keçirilir. Assosiasiyanın üzvləri 2021-ildə qədim Şüşada 1-ci «Karabakh Motor-Show» Beynəlxalq avtomobil forumunun keçirilməsi barədə təklifi yekdilliklə bəyəniblər.