İri avtomobil istehsalçılarının hibrid və elektrokarların buraxılışı üçün qoyduğu sərmayənin ümumi məbləği 90 milyard dollar təşkil edib. Bununla belə, bu günə satılan beə avtomobillərin həcmi bir faiz təşkil edir. Bu barədə Reuters agentliyi xəbər verib.
Ekokarların buraxılmasına ciddi sərmayə qoyan şirkətlərdən biri Ford konsernidir. Amerikan markası Detroyt avtosalonunda elektrikləşdirilmiş avtomobillər xəttinin genişləndirilməsinə 11 milyard dollar qoyacağını elan edib. 2022-ci ilə qədər Ford 40 qoşulan hibrid və elektrokar buraxmağı planlaşdırır. Əvvəllər bu barədə planları ilə Mercedes-Benz şirkəti bölüşüb.
10 tam elektrik və 40 hibrid modelinin buraxılmassına alman istehsalçısı 12 milyard dollar sərmayə qoymaq niyyətindədir. Lakin, bu sahəyə ən böyük sərmayəni Volkswagen konserni qoymaq niyyətindədir. 2030-cu ilə alman konserni bütün model xəttini elektrik ötürməsinə keçirməlidir. Bu məqsədlərə 40 milyard dollar ayırılıbdır.
Çin avtomobil istehsalçıları da DYM ilə təchiz edilən avtomobillərdən imtina etməyi planlaşdırırlar və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə keçmək fikrindədirlər. Chongoing Changan Automobile şirkəti adi avtomobillərin istehsalını 2025-ci ildə başa vurmağı və yeni enerji strategiyasına 15,1 milyard dollar qoymağı planlaşdırır.