Peugeot 208 və 2008 modellərini transmissiyanın yeni selektoru ilə təchiz etməyə başlayıblar. Söhbət 8-pilləli EAT8 “avtomatı” olan avtomobillərdən, habelə e-208 və e-2008 elektrokarlarından gedir. Bu modellərdəki coystiki kiçik dəstək və düymələr cərgəsi əvəzləyib. Fransiz istehsalçısının bildirdiyinə görə, belə selektor i-Cockpit 3D salon konsepsiyasına daha çox uyğun gəlir, həmçinin mərkəzi konsoldakı məkanı boşaldaraq, erqonomikanı yaxşılaşdırır.

Kiçik dəstəyi olan düyməli selektor mərkəzi konsola, əvvəlki coystikin yerinə quraşdırılıb. Artıq qeyd etdiyimiz kimi, yeni selektor həm 8-pilləli EAT8 “avtomatı” olan 208 və 2008 modellərində, həm də e-208 və e-2008 elektrokarlarında tətbiq edilir. Həm benzin, həm də elektrik modellərində eyni selektor quraşdırılır, lakin güc qurğusundan asılı olaraq aşağıdakı düymənin üzərində “M” və ya “B” hərfləri həkk edilir. Birinci halda düymə transmissiyanın mexaniki rejimini aktivləşdirirsə, ikinci halda daha aydın rekuperativ əyləcləməni işə salır. 

Image alt Image alt Image alt Image alt

Yeni selektor daha anlaşılan və sadədir, eyni zamanda, mərkəzi konsolu yükləmir. Bundan əlavə o, i-Cockpit 3D salon arxitekturası ilə daha uyğunlaşır və onu daha erqonomik edir. Selektorun müxtəlif tərtibat növlərini ayrıca qeyd etmək gərəkdir. Peugeot “satinlənmiş xrom” örtüyündən, qara parlaq örtmələrdən və bilək dayağı üçün “karbon” işləmədən istifadə edir. Meterialların keyfiyyəti seqmentdəki ən yaxşılarından biridir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.