Atlantik okeanı vasitəsi ilə yeddi minə qədər avtomobili daşıya bilən nəhəng yelkənli gəminin layihəsi ilə bağlı təfərrüatlar məlum olub. Qeyd etmək lazımdır ki, yelkənli gəminin atmosferə atdığı zərərli tullantıların səviyyəsi minimuma endirilib. Adi avtomobil daşıyan gəmilərlə müqayisədə, Ocaenbird adlandırılmış gəminin ətraf mühitə atdığı tullantıların səviyyəsi 90% azaldılıb.
Oceanbird avtomobil daşıyan gəmisinin yadalıması üzərində Stokholmdakı KTH Kral texnologiya institutu, SSPA konsaltinq şirkəti və Wallenius Marine tərsanəsi iştirak ediblər. Gəminin uzunluğu 200 metrə, eni - 40 metrə, hündürlüyü isə 100 metrə çatır ki, bunlardan 80 metri yelkənlərin payına düşür.
Jupiter Spirit
Oceanbird gəmisi limana daxil olmaq və fövqəladə hallar üçün lazım olan mühərriklərlə təchiz edilir. Bununla birlikdə, əsas enerji mənbəyi küləkdir. Planlara görə, gəmi 2024-cü ildə istifadəyə veriləcəkdir.
Oceanbird gəmisi, nəqliyyat vasitələrinin daşınması üçün nəzərdə tutulmuş digər gəmilərlə müqayisədə bir sıra mənfi cəhətlərə malikdir. Məsələn, yelkənli gəminin Atlantik okeanını keçməsi 12 gün davam edəcəkdir, halbuki adi gəmilər mu məsafəni bir həftəyə gət edirlər.
MV Golden Ray
Bundan əlavə, Oceanbird yükgötürmə baxımından rokerlərindən (təkərli nəqliyyat vasitələrinin daşınması üçün nəzərdə tutulmuş konteyner gəmisi) cüzi olsa da, geridə qalır. Müqayisə üçün, Norveçin Hoegh Target gəmisi 8,5 min avtomobil, yelkənli gəmi isə cəmi 6-7 min avtomobil yerləşdirə bilər.
Bu yazda, dörd mindən çox Hyundai və Kia avtomobillərini daşıyan MV Golden Ray yük gəmisi ABŞ-ın sahillərinin yaxınlığıda aşmışdı. Daha sonra, gəminin utilizasiya edilməsinə qərar verilib: bunun üçün, gəmi, hər biri 4000 tona qədər çəkiyə malik olan səkkiz hissəyə bölünüb barjalarla daşınmalıdır.