Adı açıqlanmayan şəxs avtomobil nömrə nişanı üçün 15 milyon dollar ödəyib. Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş hərracda “P” hərfi və “7” rəqəmindən ibarət nömrə nişanı satışa çıxarılıb. Keçirilmiş hərrac zamanı ən nadir avtomobil nömrələrindən biri üçün 55 milyon dirhəm ödənilib. Hərracdan əldə edilən bütün gəlir xeyriyyə işlərinə yönəldiləcəkdir.

55 milyon dirhəm (təxminən 15 milyon dollar) bu günə qədər avtomobil nömrə nişanı üçün ödənilən ən yüksək məbləğdir. Əvvəlki rekord 2008-ci ildə “1” nömrəli qeydiyyat nişanı üçün 52,2 milyon dirhəm ödəmiş ərəb iş adamı Səid Əbdül Qaffar Kouriyə məxsus olub.

Keçən ilin aprelində keçirilən hərracda “AA8” nömrə nişanı üçün 35 milyon dirhəm (təxminən 9,5 milyon dollar) ödənilmişdi. Həmin hərracda iştirakçılara mobil telefonlar üçün “gözəl” nömrələr də təklif edilirdi.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.