Kanadalı avtomobil oğruları Apple AirTag qurğularını bahalı avtomobillərin izlənməsi və oğurlanması üçün istifadə etməyə başlayıblar. Sentyabr ayında, təkcə Ontarioda, Apple trekerinin köməyi ilə beş avtomobil oğurluğu hadisəsi qeydə alınıb.

Kanada polisi YouTube kanalında avtomobil sahiblərini bu barədə xəbərdar edən xüsusi videoçarx da yerləşdirib. Videoçarxda cinayətkarların park edilmiş avtomobillərin çətinliklə girilən yerlərində trekerləri yerləşdirdiyi və sonradan onları izlədiyi bildirilir.

AirTag qurğusunun birbaşa təyinatı açarlar və çanta kimi itirilmiş əşyaların axtarışını asanlaşdırmaqdır, lakin avtomobil oğruları bu qurğu üçün başqa tətbiq forrmasını düşünüblər: onlar trekeri dayanacaqda duran avtomobilin gözlənilməyən yerlərində gizlədirlər: məsələn, bamper və ya yanacaq çəninin qapağında.

“Qurbanı” işarələyən cinayətkar iPhone vasitəsi ilə onun yerdəyişməsini real vaxt rejimində izləyə bilər. Bu yolla avtomobil oğruları onu qaçırmaq üçün optimal məkanı və vaxtı müəyyən edirlər - adətən oğurluqlar gecə vaxtı və evin ətrafındakı ərazidə baş verir.

İyun ayında Apple şirkəti qurğunu yeniləyərək, xəbərdarlıq ismarıclarının göndərilməsi dövrünü 3 saatdan 8 saata qədər azaldıb. Lakin polislərin bildirdiyinə görə, bu hal avtomobil oğrularına öz çirkin niyyətlərini həyata keçirməyə mane olmur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.