Hibrid və elektromobillərin avtomobil parkında olan xüsusi çəkisinin artması ilə nəqliyyat axının daha “sakit” olacağı gözlənilir. Söhbət əlbəttə ki, səs-küy səviyyəsindən deyil, sürücülərin idarəetmə üslublarından gedir. Sən demə, idarəetmə üslubuna çoxsaylı faktorlar, o cümlədən avtomobilin özü və xüsusilə də onun təchiz edildiyi güc qurğusunun növü təsir göstərir.
Hyundai şirkətinin Böyük Britaniyanın Uorvik universitetinin alimləri ilə birlikdə apardığı təqdiqatlar nəticəsində dünyada 36 750 idarəetmə üslubunun mövcud olduğunu aşkar edilib. Tədqiqat çərçivəsində idarəetmə üzrə müxtəlif testlər keçirilib ki, bu testlərdə insanların benzin və dizel mühərrikləri, hibrid, elektrik və hidrogen güc aqreqatları ilə təchiz edilmiş avtomobillərə olan münasibəti hesaba alınıb. Respondentlərin avtomobillərində quraşdırılmış və tərkibinə üzün tanınması funksiyası, sükan idarəetməsi, əlyəc pedalının basılmasının intensivliyini qeyda alan vericilər daxil olan proqram təminatının və süni intellektin köməkliyi ilə müxtəlif sürücülərin portretini yaratmağa imkan verib.
Tədqiatın bir sıra nəticələri ilə tanış olaq.
- Kişilər qadınlara nisbətən özlərini daha inamlı sürücülər adlandırırlar,
- Qadınlar özlərini kişilərə nisbətən daha əsəbi sürücü adlandırırlar,
- Alternativ enerji mənbələri ilə çalışan nəqliyyat vasitələrinin sahibləri demək olar ki siqnal vermirlər, avtobuslara yol verir (42%), digər hərəkət iştirakçılarına minnətdarlıqlarını bildir (37%), lakin sarı işqıda keçməyi xoşlayırlar (20%),
- Hibrid, elektrokar və hidrogen avtomobillərinin sahibləri DYM olan avtomobilləri istismar edənlərə nisbətən daha sakit sürücü olduqlarını bildirirlər.
- 5. Onlar avtomobildə daha tez-tez klassik və jaz musiqisini dinləyirlər.