Waylens adlı amerikan startapı avtomobildə quraşdırılan və 360 dərəcəlik görünüş sahəsi olan kameranı təqdim edib. Bu kamera avtomobilin qaşırılması halında sahinə xəbərdarlıq göndərir. Qurğu yaradıcıları tərəfindən Secure360 adlandırılıb.
Alın şüşəsində quraşdırılmış kamera avtomobili real vaxt rejimində izləməyə imkan verir. Kamera sanksiyasız daxiloma zamanı avtomobilin sahibinə smartfondakı xüsusi əlavə vasitəsi ilə xəbərdarlıq da göndərir. Kamera həmçinin, avtomobil sahibinin səsli əmri ilə səfərin müəyyən hissəsini yazaraq yadda saxlamaq imkanına malikdir.
Bundan başqa, qurğu qəza anını qeydə alamağı da bacarır. Bu yazıdan qəzanın araşdırılması zamanı istifadə etmək mümkündür. Nəhayət, Secure360 qurğusunun köməyi ilə sahibi avtomobilin yerini müəyyənləşdirə bilər. The Verge saytının bildirdiyinə görə, 4G modulu olmayan kamera 249 dollara, modulla təchiz edilmiş variant isə 349 dollara satılacaqdır.