Pixar şirkəti «Avtomobillər» multiplikasiya filminin üçüncü hissəsinin 90 saniyəlik tizerini yaymışdır. Yeni film bu ilin 16 iyun tarixində kirayəyə çıxmalıdır.
Xatırladaq ki, keçən ilin noyabrında dərc edilmiş tizerdə filmin baş qəhrəmanı olan İldırım Makkuinin yarış trekində qəzaya uğradığı göstərilmişdir. Videonun sosial şəbəkədə yayımlanmasından sonra, bu tizerin uşaqları göz yaşlarına boğduğu haqqında xəbərlər meydana gəlmişdir.
Filmin üçüncü hısəsinin rejissoru, onun digər seriyaları üzərində işləmiş Brayan Fi olmuşdur. Süjetə görə, Makkuinin əsas rəqibi Cekson Tufan adlı avtomobil olacaqdır. Bundan başqa, filmdə daha bir personaj peyda olacaqdır. Bu qadın cinsindən olan Kruz Ramires adlı sarı rəngli ispan avtomobilidir. Kruz Makkuini Daytona 500 yarışlarının analoqu olan Florida 500 yarışlarına hazırlayacaqdır.
«Avtomobillər»in ilk hissə kirayəyə 2006-cı ildə çıxmış və 461,9 milyon dollar yığmağa müvəffəq olmuşdur. 2011-ci ildə hazırlanmış «Avtomobillər 2» filmi 559,8 milyon dollar yığmışdır. İlk seriyada hadisələr ABŞ-da, ikinci hissədə isə, dünyanın bir çox hissəsində cərəyan edir.