Avstraliaya polisi yerli “avtoşlarla” mübarizə aparmaq üçün maraqlı üsula əl atıb. Polis F80 kuzovunda olan BMW M3 sedanını əldə edib. Avtomobil gizli patrul xidməti aparmaq üçün istifadə ediləcəkdir. Fərqləndirici nişanlardan məhrum edilmiş sedanı Kanberrada keçirilmiş xüsusi tədbir zamanı çəkiblər.
San Marino Blue rənginə malik olan sedan xüsusi sayrışan işıqları ilə seçilir. Qırmızı-mavi işıqları olan stroboskoplar avtomobilin alın şüşəsinin altında, arxa şüşəsinin alt və yuxarı hissəsində, həmçinin ön bamperdə və arxa qapının üçbucaq şəkilli şüşəsində görmək olar.
Çox güman ki, “bərkgedən” sedan avtomagistrallarda sürət rejiminin gözlənilməsinə nəzarəti həyata keçirəcəkdir. M3 modelinin kapotunun altında 431 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən 3,0-litrlik sıralı altısilindrli biturbomühərriki yerləşir. Sedan 100 km/saat həddinə 4,1 saniyəyə sürətlənir və 280 km/saat maksimal sürət həddinə malikdir.
Yerli polis orqanları bu xəbərə heç bir münasibət bildirməyiblər. İstənilən halda, avtomobilin spesifik xidməti onun gizli qalmasını tələb edir.