Dünən AvtoVAZ şirkəti 30.000.000 nömrəli Lada modelinin konveyerindən çıxdığını bəyan edib. Otuz milyonuncu avtomobil xüsusi #Club versiyasında olan qırmızı rəngli Lada Granta sedanıdır. Lakin, bu avtomobil satılmayacaqdır – o, korporativ muzeyin eksponatına çevriləcəkdir.
Bəs yubiley avtomobili nədən daha müasir Lada Vesta modeli deyil? Bu barədə rəsmi şərh verilməsə də, bunun səbəbini təxmin etmək asandır. Məsələ ondadır ki, Vesta ailəsi istehsalçının törəmə müəsiisəsi olan “Lada İjevsk” tərəfindən istehsal olunur, mərasim isə mütləq Tolyattidəki əsas zavodda keçirilməlidir.
Əlavə olaraq, bu il əsas zavodda avtomobil istehsalının başlamasının 50-ci ildönümü qeyd olunur. Xarici kökləri olan Largus və ya XRAY modelləri üçün günün qəhrəmanı rolu uyğun gəlməyə bilər.
Əvvəlki illərdə AVTOVAZ şirkəti ən yeni avtomobilinin yubiley modeli olmasını təxmin etməyə çalışıb. Məsələn, 21 dekabr 1973-cü ildə konveyerdən çıxan milyonuncu avtomobil VAZ-2103 sedanı olub. 24 may 1985-ci ildə isə, doqquz milyonuncu avtomobil ilk VAZ-2108 hetçbeklərindən biri olub. Xatırladaq ki, 29 milyonuncu avtomobil AvtoVAZ şirkətinin konveyer xəttini 2017-ci ildə tərk edib.