Rusiyanın AvtoVAZ şirkəti azərbaycanlı alıcıların böyük rəğbətini qazanmış Lada 4x4 avtomobilinin yenilənməsini həyata keçirmişdir. Rusiya istehsalçısının mətbuat xidmətinin yaydığı məlumata əsasən, rusiyalı mütəxəssislər avtomobilin komfortunu və keçmə qabiliyyətini artırmağa çalışmışdırlar. Belə ki, şirkət mühəndisləri ilk növbədə avtomobilin şassisi üzərində ciddi dəşikliklər aparmışdırlar. Əsas istiqamət şassinin istehlak xüsusiyyətlərinin və etibarlılığının artırılması olmuşdur. Mühəndislərin qarşında müxtəlif hissələrin dözümlülüyünü, uzun ömürlülüyünü və etibarlılığını artırmaq tapşırığı qoyulmuşdur.
Onlar avtomobilin qabaq körpüsünün quruluşuna ciddi dəyişikliklər etmişdirlər. Belə ki, qabaq körpü mühərrikdən ayrılaraq ön asqıda yerləşdirilmişdir. Bu dəyişikliklər titrəyişlərin səviyyəsini azaltmağa və praktiki olaraq avtomobilə istənilən mühərrikin quraşdırılmasına yol açmışdır. Eyni zamanda avtomobilin təkər topu hissəsində də dəyişikliklər aparılmışdır - mütəxəssislər ön dönmə yumruğu üzərində ciddi calışmışdırlar. Nəticədə, konik podşipniklər yerinə ikisıralı diyircəkli podşipniklərin quraşdırılmasına qərar verilmişdir.
Bu yenilik istismar dövründə gərək olan tənzimləmələrin aradan qaldırılmasına xidmət edəcəkdir. Əvvəllər bu əməliyyatı hər 10-15 min kilometrdən bir yerinə yetirmək lazım idi. Bundan başqa, bu qovşağın kinematikası üzərində də işlənmişdir - artıq Lada 4x4 əyləcləmə zamanı daha çox stabillik nümayiş etdirməlidir.
Əlavə olaraq, avtomobilin çarx topu, xarici şarnirlərin korpusları və əyləc diski yenilənməyə məruz qalmışdırlar. Əyləc diski paslanmanın qarşısını alan xüsusi maddə ilə örtülmüşdür. Bundan başqa, AvtoVAZ-ın mühəndisləri yuxarı və aşağı şar barmaqlıqlarını yenidən işləmişdirlər - ön stabilizatorun bərkitmə yerləri və quraşdırma yastıqlarının konstruksiyası dəyişdirilmişdir. Bu dəyişiklik istismar zamanı yastıqların basılıb-çıxmasının qarşısını almalıdır.
Hər şeydən əlavə, Lada 4x4 avtomobilin asqısının xarakteristikaları yenidən işlənmişdir. Avtomobil yeni ön yaylarla və qazla doldurulmuş amortizatorlarla təchiz ediləcəkdir. Kefiyyətin artırılması məqsədi ilə, aşağı şarnirlərə dəyişiklik edilmiş, amortizatorlardakı maye yenilənmiş və klapan qovşağı təkmilləşdirilmişdir.
İlk dəfə olaraq Lada 4x4 avtomobillərində qaz dayağı və sintetik yağ tətbiq edilir ki, nəticədə amortizatorların çalışma səssizliyi və onların resursu artırılmışdır. Bundan başqa, rezin-metal şarnirlərin də təkmilləşdirilməsi həyata keçirilmişdir.