AVTOVAZ şirkəti Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumunda özünün gələcək krossoverini nümayiş etdirib. Avtomobil Lada Azimut adlanır və bu ad 50 minə yaxın AVTOVAZ əməkdaşının iştirak etdiyi səsvermə nəticəsində seçilib. Tədbirdə istehsalöncəsi prototip nümayiş etdirilib, lakin model haqqında artıq müəyyən məlumatlar mövcuddur. İstehsalçı Azimut modelinin yaradılması üzərində yalnız rusiyalı mütəxəssislərin çalışdığı xüsusilə vurğulayıb.

Krossoverin görünüşü firma X-üslubunun növbəti təkamülüdür. LED faralar və arxa fənərlər belə dizayna malikdirlər, yan tərəflərdə isə, xarakterik ştamplamalar qorunub saxlanılıb. Kuzovun aşağı perimetri gümüş örtmələri olan boyanmamış plastikdən hazırlanmış praktik kuzov dəsti ilə örtülüb.
Kiçik kuzov çıxıntıları və sanballı klirens (208 millimetr) sayəsində yaxşı həndəsi keçid qabiliyyətinin olduğu bəyan edilir. Təkər disklərinin diametri 18 düymdür. Azimut modelinin uzunluğu 4416 millimetrdir, yəni o, platformasını (təkər bazası 40 millimetr uzadılaraq 2675 millimetrə catıb) paylaşdığı Vesta modelindən bir qədər qısadır.

Lada Azimut modelinin interyeri müasir standartlara uyğun olaraq tərtib edilib: ön paneldə cihazlar panelinin günəşliiyi olan displeyi və media sisteminin IPS matrisalı 10 düymlük HD ekranı quraşdırılıb. Üstəlik, belə displeylər artıq standart təchizata daxil olacaq.
Proqram təminatı AVTOVAZ tərəfindən Sber ilə birlikdə hazırlanıb, buna görə də bu şirkətin xidmət və həllərinin dərin inteqrasiyasına malikdir. Məsələn, GigaChat süni intellektinə malik olan səs köməkçisi və internet bağlantısı olmadan avtonom işləyə bilən 2GIS naviqasiyası bəyan edilib.

Bununla belə, qlobal şəbəkəyə daxil olmaq üçün, Azimut modelinin media sisteminə SberMobile SİM profili quraşdırılacaq. Aparat platformasının hazırlanmasına Navio şirkəti cavabdehdir.
Mərkəzi konsolda fiziki düymələr cərgəsi və fırlanan üç dəstəyi olan klassik klimat-kontrol bloku var. Firma şəkilləri interyer üçün iki rəng variantını nümayiş etdirir. Artıq baza versiyasında, Azimut arxa görüntü kamerası, tam LED optika, təkər təzyiqinə nəzarət sistemi və açarsız girişə sahib olacaq.

Bundan əlavə, kiçik əşyalar üçün çoxsaylı bölmələrin və simsiz şarj sisteminin olacağı da bəyan edilib. Opsiyalar siyahısına lyuklu panoram dam, qızdırılan alın şüşəsi və ön qapların pəncərələri (!), iki zonalı klimat-kontrol, beşinci qapı üçün elektrik ötürməsi, dairəvi müşahidə kameraları, elektrik dayanacaq əyləci və hərəkət rejimlərinin seçilməsi sistemi daxildir.
Azimut üçün cəmi 996 yeni və ya təkmilləşdirilmiş komponent yaradılıb. Bununla belə, tam ötürmə sistemi olmayacaq: yalnız ön ötürməli versiyalar təsdiqlənib. McPherson dayaqları olan ön asma Vesta modelindəki asmanın təkmilləşdirilmiş versiyasıdır, lakin arxa asma krossover üçün xüsusi olaraq hazırlanıb.

Qeyd etmək gərəkdir ki, arxitektura baxımından o, Vesta modelindəki kimi, yarımüstəqil sxemə malikdir. Tir özü daha iri və möhkəm olub. Birinci mərhələdə krossover AVTOVAZ şirkətinin 1,6 (120 at qüvvəsi) və 1,8 litrlik (132 at qüvvəsi) təkmilləşdirilmiş mühərriklərinə sahib olacaq.
Birinci aqreqat yalnız altı pilləli mexaniki, ikinci mühərrik isə, yalnız variator ilə təchiz ediləcək: bunlar artıq Vesta modelində istifadə olunan eyni Çin transmissiyalarıdır.
Gələcəkdə 150 at qüvvəli turbomühərrikin klassik altı pilləli “avtomat” ilə təchiz olunacağı vəd edilir. Bu qurğular satın alınandırlar, lakin onların seriya avtomobillərdə nə zaman quraşdırılacağı hələlik dəqiqləşdirilməyib.
Lada Azimut krossoverlərinin seriya istehsalına təxminən bir ildən sonra başlanmalıdır. Krossoverlərin 2026-cı ilin ikinci yarısında satışa çıxarılması planlaşdırılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.